Rəqəmsal xəstəxana yaradılır
Tarix: 01.04.2014 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Bu il ərzində Azərbaycan Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası fəaliyyətini tam rəqəmsallaşdırmaq niyyətindədir. Hazırda xəstəxana məlumat sistemi və səhiyyə sahəsində informasiya texnologiyalarına malikdir və məhz Mərkəzi Neftçilər Xəstəxanasında ilk dəfə olaraq səhiyyə sahəsində İnformasiya Texnologiyaları İnfrastrukturunun Təkmilləşdirməsi layihəsinə imza atılıb.
Belə ki, 800 çarpayılı xəstəxanada 2010-cu ildən etibarən “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşı olan Türkiyənin “Esim Software” şirkəti tərəfindən idarə edilən xəstəxana sözügedən layihənin həyata keçirilməsinə başlayıb. “Esim Software” şirkətinin OTOMATİP xəstəxana informasiya sistemi hazırda uğurla tətbiq edilərək Mərkəzi Neftçilər Xəstəxanasının tam istifadəsinə verilib.
“Bizim xəstəxana yeniliklərə daim açıq olan bir müəssisədir və sözügedən layihənin tətbiqi buna sübutdur. Ümumiyyətlə, bu layihə xəstəxananın fəaliyyətinin effektivliyini artırıb. Belə ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanası qələmlə yazı işindən 80-85% imtina edib, hədəfimiz isə xəstəxananı tam kompyuterləşdirməkdir və düşünürəm ki, cari ilin sonunadək bu proses tam başa çatacaq. Ümumiyyətlə, məqsədimiz tam rəqəmsal xəstəxanaya çevrilməkdir”-deyə xəstəxananın baş direktoru Leyla Seyidbəyova bildirib.
L.Seyidbəyova onu da əlavə edib ki, əgər bundan öncə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan hər bir xəstənin kağız qovluğunda saxlanılan ayrıca uçot kitabçası var idisə, hazırda bütün uçot kitabçaları elektronlaşdırılıb və bu da həkimin vaxt itkisini minimuma endirib: “Bizim xəstəxanada 1 000-dən artıq işçi çalışır ki, onların hamısı müasir avadanlıq və sistemdən istifadə etmək üçün lazımi təlimlərdən keçib. Hazırda xəstəxanada 8 şöbə fəaliyyət göstərir və bu ilin sonunadək sözügedən layihə bütün şöbələri tam əhatə edəcək. Bu gün biz layihə çərçivəsində statistik, texniki və 20-dən artıq digər modulların tətəbiqinə başlamışıq, yaxın gələcəkdə isə layihənin bütün 30 modulu tətbiq olunacaq”.
OTOMATİP sistemi müasir xəstəxana idarə etməsində və digər xəstəxana informasiya sistemlərində mövcud idarəetmə modullarının hamısını, həmçinin, xəstəxanaya müraciət edən pasiyentlər və onların yaxınları üçün məlumat ekranı sistemini özündə birləşdirir. Toxunuşla çalışan şəbəkə köşkü pasiyentlərin görüş almasını və növbə gözləmədən qeydiyyatdan keçməsini təmin edir. Eyni zamanda, “Ağıllı kart” sistemin tətbiqi vasitəsilə xəstəxana personalının giriş-çıxışına nəzarət edilir. Xəstəxanada istifadə edilən sistemin istifadəçi pəncərəsi sadə, qrafik və standart ekranları ilə proqramın istifadəsini çox asanlaşdırıb. Proqram tam şəkildə Azərbaycan dilində tərtib olunduğundan yerli ehtiyaclara və tələbatlara uyğunlaşdırılıb. “NFC xəstə biləkliyi” və xəstələrin yataqlarının başında quraşdırılmış planşet tipli kompyuterlər vasitəsilə hər bir xəstə haqqında məlumatlar əlçatandır və müxtəlif əməliyyatlar həyata keçirmək imkanları mövcuddur.
Bundan başqa, xəstəxanada simsiz tibb bacısı çağırış sistemi və xəstənin təcili çağırışlarında istifadə edə bildiyi ilk kömək çağırış sistemi də var.
Xəstəxananın miqyasına görə tənzimlənə bilən veb platforması üzərində qurulan OTOMATİP xəstəxana sisteminin içərisində radioloji görünüşlərin araşdırılması üçün “Siemens RIS/PACS” ilə inteqrasiya edilmiş interfeys çalışır. Bu da xəstəxananın bir filialında əldə edilmiş məlumatların digər filialda və hətta internet üzərindən təhlükəsiz bir formada digər xəstəxanada təhrif edilmədən istifadəsinə şərait yaradır.
“Bir çox inkişaf etmiş ölkədə fəaliyyət göstərən müasir xəstəxanada tapa biləcəyiniz İKT həllini Azərbaycanda məhz Mərkəzi Neftçilər Xəstəxanasında tapa bilərsiniz. Hətta daha irəli gedərək bu xəstəxanada istifadə edilən müasir İT arxitekturaları əsasında çalışan səhiyyə həllərinin digər inkişaf etmiş ölkələrdəki bir çox xəstəxanadan daha irəli bir səviyyədə olduğunu qətiyyətlə söyləyə bilərəm. Onu da qeyd edim ki, artıq bir neçə ölkə bizim təcrübədən yararlanmaq niyyətindədir” - deyə L.Seyidbəyova bildirib.
Qeyd edək ki, “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşı olan “Esim Software” şirkəti səhiyyə sahəsində ixtisaslaşıb və 24 illik təcrübəsi ilə Türkiyənin Tətbiqi Proqramlar sektorununda bir sıra nailiyyətlər əldə edib. Şirkətin Mərkəzi Neftçilər Xəstəxanasında həyata keçirdiyi layihə çərçivəsində göstərilən xidmətlərdən 90 minə yaxın dövlət neft işçisi və onların ailələri yararlana bilir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info