“Vətənə peşəkar mütəxəssis kimi qayıtmaq istəyirəm”
Tarix: 01.04.2014 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


“Gənclər təhsil aldığı ölkələrdə bir-biri ilə davamlı əlaqə saxlamalı, bacardıqca ölkəmizi təbliğ etməlidirlər”
Bu gün xaricdə təhsil alan bir çox azərbaycanlı gənc var ki, onların yüksək ixtisaslı gənc kadr kimi Vətənə dönməsi və burada müvafiq qurumlarda çalışması ölkəmizin həm təhsil, həm də iqtisadi gücünün artmasına təkan verir. Hazırda xaricdə təhsilini müxtəlif dərəcələrdə davam etdirən gənclərimiz var. “Palitra”nın xaricdə təhsil alan gənclərlə bağlı layihəsinin növbəti müsahibi Türkiyənin Giresun Universitetində iqtisadiyyat üzrə magistratura təhsili alan Aysel Həşimovadır.

-Mən 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuşam. Sumqayıt şəhər Yusif Məmmədəliyev adına orta məktəbi bitirmişəm. Həmin ildə, yəni 2009-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-iqtisat fakültəsinin maliyyə ixtisasına daxil olmuşam. 2013-cü ildə universiteti bitirmişəm. Universitetin dördüncü kursunda ALES imtahanına hazırlaşdım və eyni vaxtda Bakı Türk Anadolu liseyində 3 ay türk dili dərslərinə gedib TÖMER sertifikatı aldım. May ayının 12-də Türkiyənin İstanbul şəhərində Ales imtahanından müvəffəqiyyətlə keçmişəm. Hazırda Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən Giresun Universitetində iqtisadiyyat üzrə magistratura təhsili alıram.
- Mövcud təhsil sistemi sizi qane edirmi? Təhsil aldığınız ixtisasla bağlı hazırda hansı yeni biliklər əldə etmək imkanı yaranıb?
- Buradakı təhsil məni çox qane edir. Təhsil sistemləri arasında təbii ki, fərq var və oxuduğum universitetin təhsil sistemindəki müsbət hallardan yararlanmağa çalışıram. İxtisasımla bağlı dərslərdə iştirak edirəm, müəllimlərin tövsiyə etdiyi kitabları alıb oxuyuram.
- Orada təhsil alan azərbaycanlı tələbələrlə əlaqələriniz necədir? Azərbaycanlı tələbə olaraq orada ölkəmizin tanıdılması istiqamətində hansı addımlar atırsınız?
- Burada çoxlu sayda azərbaycanlı tələbələr təhsil alır. Beynəlxalq Əlaqələr, İqtisadiyyat, Tibb və s. digər fakültələrdə təhsil alan azərbaycanlı tələbələr var. Həmin tələbələrlə biz Giresun Azərbaycanlı Tələbələr Topluluğu yaratmışıq. Davamlı olaraq Azərbaycanda qeyd edilən önəmli günlərlə bağlı tədbirlər təşkil edirik. Bu tədbirlər sırasına 20 Yanvar, Xocalı faciəsi, Novruz bayramı, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü, 28 May Respublika Günü və s. daxildir. Ən son tədbirlərimizdən biri kimi Xocalı soyqırımını anma mərasimində toplanmışdıq. Daha sonra Novruz bayramında da azərbaycanlı tələbələrlə tədbir keçirdik. Mənim fikrimcə, biz hansı ölkədə yaşamağımızdan asılı olmayaraq belə tədbirləri təşkil etməliyik. Çünki bu tədbirləri təşkil etməyimiz həm biz gənclərin tariximizi unutmasına imkan vermir, hər zaman yaddaşımıza həkk olunur, həm də bununla yaşadığımız ölkənin tanımasına şərait yaratmış oluruq. Ona görə də gənclər təhsil aldığı ölkələrdə bir-biri ilə davamlı əlaqə saxlamalıdırlar. Bacardıqca ölkəmizi təbliğ etməlidirlər. Belə tədbirlər olduqda istər-istəməz digər xalqın nümayəndəsi də bu tədbirin məqsədi, hansı ölkə ilə bağlı olduğu barədə maraqlanır, məlumat alır. Bu da ölkəmizin təbliğinə imkan verir. Biz gələcəkdə də belə tədbirlərin keçirilməsinə çalışacağıq.
- Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Dərsdənkənar vaxtlarımızı səmərəli keçirməyə çalışırıq. Adətən qrup yoldaşlarım bizi şəhərin gözəl və tarixi yerləri ilə tanış etməyə dəvət edirlər. Biz deyirəm, çünki oxuduğum qrupda daha üç azərbaycanlı tələbə təhsil alır. Şəhərin tarixi yerlərini ziyarət edirik, burada çox maraqlı yerlər var və ziyarətçilərə xoş təsir bağışlayır.
- Sizin təhsil aldığınız sahə bu gün iqtisadi inkişaf yaşayan ölkəmiz üçün önəmlidir. Sizcə bu, ölkəmizdə iqtisadi inkişafa hansı töhfələr verə bilər?
-Təhsil aldığım sahə həm dünyada, həm də ölkəmizdə daim inkişaf yaşayan və önəmli bir sahədir. Ümumiyyətlə, bir ölkənin inkişafında iqtisadiyyat mühüm əhəmiyyət kəsb edir. Əgər bir ölkənin iqtisadi inkişafı yoxdursa, onun inkişaf etmiş ölkələr sırasına çıxması, hansısa böhrandan xilas olması qeyri-mümkündür. Məsələn, ötən illərdə dünyada baş verən iqtisadi böhran zamanı məhz iqtisadiyyatı güclü olan ölkələr qalib gəldilər. Bu baxımdan Azərbaycan da iqtisadiyyatı sürətlə inkişaf edən bir ölkə olaraq bu böhrandan üzüağ çıxdı. Hətta bir sıra dünya ölkələri belə, bizə bununla bağlı həsəd aparır, dəfələrlə bu reallığı qeyd edirdilər. Həqiqətən də bu gün ölkəmizin iqtisadiyyatı davamlı inkişaf edir. Azərbaycan dünyanın inkişaf etməkdə olan ölkələri sırasındadır. Bunun üçün bu sahədə güclü, savadlı gənc kadrlara ehtiyac var. Mən də bu sahədə daha professional gənc kadr olmaq istəyirəm. Gələcək iş həyatıma hələlik Türkiyədə başlamaq istəyirəm. İstəyirəm ki, tam peşəkar bir iqtisadçı kimi formalaşım. Vətənimizə də məhz savadlı, peşəkar mütəxəssislər kimi qayıdaq. Peşəkar kadrları, mütəxəssisləri olan ölkə isə hər zaman ucalmağa layiqdir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info