Səbail rayonunda əhalinin tibbi müayinə tədbirləri davam edir
Tarix: 01.04.2014 | Saat: 23:03:00 | E-mail | Çapa göndər


Ölkə vətəndaşlarının sağlamlıqlarının qorunmasına olan diqqətin təzahürü kimi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayından respublikamızın bütün bölgələrində olduğu kimi Səbail rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri həyata keçirilir.
Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafiklər tərtib olunub. Müvafiq qurumların da cəlb olunması ilə rayonda, onun qəsəbə və yaşayış sahələrində tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri davam etdirilir. Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi məqsədi ilə rayondakı tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində rayondakı 4 poliklinikada tədbirin keçirilməsi üçün müvafiq şəraitlər yaradılıb. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə səyyar həkim briqadaları təşkil olunub. Fevralın 17-dən etibarən artıq rayon üzrə 42.084 nəfərin müayinələrdən keçməsi təmin olunub. Müayinələr zamanı müxtəlif xəstəliklər aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunub və dispanser qeydiyyata götürülüblər. Belə ki, qeyd olunan müddət ərzində 143 nəfər stasionar müalicəyə götürülüb, 5649 nəfərə ambulator müalicə təyin edilib. Poliklinikaların həkimləri rayon sakinləri ilə yanaşı, ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər. 2 saylı şəhər poliklinikasının baş həkiminin müavini Şahin Quliyev çalışdığı tibb müəssisəsinin keçən il Dövlət Proqramına uyğun olaraq əsaslı təmir olunduğu, ən müasir tibbi avadanlıqlarla təchiz olunduğunu deyib. Bildirib ki, poliklinikada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təşkil edilir. Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılayırlar. Müayinədən keçən rayon sakinləri onların sağlamlığının qeydinə qaldığı üçün Prezidentə minnətdarlığını bildiriblər. Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info