Çilidə 8 ballıq zəlzələ olub
Tarix: 02.04.2014 | Saat: 14:21:00 | E-mail | Çapa göndər


Çili sahillərində güclü zəlzələ baş verib. “Reuters” agentliyinin verdiyi məlumata görə, ABŞ Geoloji Xidməti zəlzələnin dənizin 20,1 kilometr dərinliyində baş verdiyini və 8,2 bal gücündə olduğunu açıqlayıb. Episentr Çilinin şimalındakı İkike liman şəhərinin 100 kilometrliyinə təsadüf edib. Təkanlar Qrinviç üzrə saat 23:46-da qeydə alınıb.
İlkin məlumatlara əsasən zəlzələ nəticəsində 5 nəfər – 4 kişi və 1 qadın ölüb. Ölənlərdən 3-ü dağıntılar altında qalıb, 2-si isə infarkt nəticəsində dünyasını dəyişib.
Təkanlar nəticəsində okeanda sunami əmələ gəlib. Çili Hərbi-Dəniz Donanması 2,3 metr hündürlüyündə ilk sunami dalğasının zəlzələdən 45 dəqiqə sonra sahilə çatdığını açıqlayıb. Hakimiyyət orqanları sahillərdəki yaşayış məntəqələrinin əhalisinə ərazidən uzaqlaşmaq barədə xəbərdarlıq ediblər.
Ölkənin bəzi yerlərində torpaq sürüşmələri də baş verib, bəzi yollar kəsilib. İkike şəhərindəki qadın həbsxanasında cəza çəkən 300 məhbus qaçıb. Hələlik onlardan yalnız 16 nəfəri yaxalanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info