İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrlərinin görüşü olub
Tarix: 02.04.2014 | Saat: 14:33:00 | E-mail | Çapa göndər


İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva Cəmiyyətin Böyük Britaniya tərəfindən yeni seçilmiş həmsədri, Parlamentin Lordlar Palatasının üzvü Lord German ilə görüşüb. Parlament üzvü bu vəzifədə mərhum Lord Freyzeri əvəz edib.
Böyük Britaniya Parlamentinin Lordlar Palatasında keçirilmiş görüşdə, həmçinin ölkəmizin Birləşmiş Krallıqdakı səfiri Fəxrəddin Qurbanov və İngiltərə-Azərbaycan Cəmiyyətinin icraiyyə komitəsinin üzvləri iştirak ediblər.
Görüşdə Cəmiyyətin hazırkı fəaliyyəti və inkişaf perspektivlərinə dair həmsədrlər arasında ətraflı fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı İngiltərə-Azərbaycan Cəmiyyətinin ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə münasibətlərin inkişafına töhfə verdiyi qeyd olunub, bu fəaliyyətin gələcəkdə də uğurla davam edərək daha yeni sahələri əhatə edəcəyinə əminlik ifadə olunub. İki ölkənin vətəndaşları səviyyəsində təmasların gücləndirilməsi və işgüzar dairələr arasında əlaqələrin təşviqi sahələrində geniş potensial olduğu vurğulanıb.
İngiltərə-Azərbaycan Cəmiyyətinin fəaliyyətini müsbət qiymətləndirən professor Nərgiz Paşayeva, qurumun ölkələrimiz arasında münasibətlərin genişləndirilməsində mühüm xidmətlərinin olduğunu qeyd edib. Lord Germanı İngiltərə-Azərbaycan Cəmiyyətinin Böyük Britaniya tərəfindən həmsədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edən Nərgiz Paşayeva, onun Cəmiyyətin işinə böyük töhfə verəcəyinə ümidvar olduğunu diqqətə çatdırıb.
Lord German İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən ona göstərilmiş bu yüksək etimada görə təşəkkürünü bildirib, Cəmiyyətin fəaliyyətinin daha da genişləndirilməsi üçün Azərbaycan tərəfindən həmsədr, professor Nərgiz Paşayeva ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Demokratiyanın tələbləri
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info