Zəlzələdən istifadə edib həbsxanadan qaçdılar
Tarix: 02.04.2014 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


Çilinin İkike şəhərində aprelin 1-də axşam baş vermiş güclü zəlzələdən sonra qadın həbsxanasından kütləvi qaçış baş verib. Bu barədə “RİA Novosti” agentliyi Çilinin daxili işlər naziri Rodriqo Penyaililoya istinadən xəbər yayıb.
DİN-in məlumatına görə, həbsxanadan eyni vaxtda 300-dən artıq dustaq qaçıb. Hakimiyyət hələlik onlardan 16 nəfərini tutmağa nail olub. İlkin məlumatlara görə, islah müəssisəsinin bir hissəsi yeraltı təkanlar zamanı dağılıb ki, bu da kütləvi qaçış üçün şərait yaradıb.
KİV xəbər verir ki, Çilidəki zəlzələ zamanı bir neçə nəfər yüngül xəsarət alıb. Hündür binalara ziyan dəyməyib.
Bir qədər əvvəl hakimiyyət sunami təhlükəsi ilə əlaqədar ölkənin bəzi sahilyanı rayonlarından əhalinin köçürüldüyünü elan edib.
Çilinin Milli Seysmoloji Mərkəzinin dəqiqləşdirilmiş məlumatına görə, yeraltı təkanların maqnitudası 8,2 olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2019
Saqqızı 1 dəqiqədən çox çeynəməyin, yoxsa...
16.11.2019
Moskvada Şaxta babanın ad günü qeyd olunacaq
16.11.2019
Bill Qeyts yenidən milyarderlər reytinqinə başçılıq edir
16.11.2019
30 yaşı var, məşqə atası gətirir
15.11.2019
İtaliyada boşanan kişilər üçün sığınacaq evləri açıla bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10943

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
3 Bakıda rusiyalı şairə Yekaterina Xlebnikovanın ilk dəfə yaradıcılıq gecəsi keçirilib
4 Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib
5 Prof. Aziz Sancar’dan Özbekistan’a çikarma: Hayalim Türk Birliğini görmek


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info