İki akademiya arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Tarix: 02.04.2014 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Şimal-Qərb İdarəçilik İnstitutu arasında əməkdaşlıq haqqında memorandumun rəsmi imzalanma mərasimi olub.
Memorandumu Azərbaycan tərəfindən – AR Prezidenti yanında DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Rusiya tərəfindən - Rusiya Federasiyası Prezidenti yanında RXTDQA-nın Şimal-Qərb İdarəçilik İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor, Rusiya Federasiyasının I dərəcəli Həqiqi dövlət məsləhətçisi Vladimir Şamaxov imzalayıblar.
Memorandum Akademiyanın Böyük Elmi Şurasının xüsusi iclasında imzalanıb. O, iki Prezident Akademiyasının təcrübə mübadiləsini və elmi-pedaqoji əməkdaşlığını, müəllim və tələbə mübadiləsini, hər iki ölkənin milli maraqlarına cavab verən birgə fəaliyyətin təşkil edilməsini və keçirilməsini nəzərdə tutur. Memorandum təhsilin keyfiyyətinin yüksəldilməsinə, dövlət quruculuğu və dövlət və sosial idarəetmə sistemi üçün yüksək ixtisaslı kadrların hazırlanmasına, həmçinin dostluq münasibətlərinin və multikulturalizm praktikasının inkişaf etdirilməsinə istiqamətlənib.
İclasda akademik Urxan Ələkbərov, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurası tərəfindən görkəmli Azərbaycan alimi, professor Fuad Məmmədova “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” fundamental əsərinə görə Azərbaycan Dövlət Mükafatının verilməsi üçün vəsatət qaldırılması haqqında məlumat verib. Bununla əlaqədar, professor Vladimir Şamaxov AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədova Dövlət Mükafatının verilməsi vəsatətinin dəstəklənməsi haqqında xahişlə Rusiya Federasiyası Prezidenti yanında RXTDQA-nın Şimal-Qərb İdarəçilik İnstitutunun Azərbaycanın baş naziri Artur Rəsizadəyə ünvanlanmış məktubunu Akademiyaya təqdim edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info