Aİ-nin Azərbaycandakı səfiri: “İşin mürəkkəbliyindən xəbərdarıq”
Tarix: 02.04.2014 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


“Aİ üçün Avropa Qonşuluq Siyasəti böyük əhəmiyyət kəsb edir”. Məlumata görə, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Malena Mard Azərbaycan üzrə Avropa Qonsulluq Siyasətinin Tərəqqi Hesabatının təqdimatında bildirib.
Səfir qeyd edib ki, hesabatda qeyd olunduğu kimi, Aİ islahatların daha çox aparılmasını istərdi: "2014-2020 illər üçün 15,4 milyard avro ayrılıb ki, bu da Aİ-nin Qonşuluq Siyasətinə verdiyi önəmdən irəli gəlir". M.Mardın sözlərinə görə, Aİ ümid edir ki, Aİ ilə Azərbaycan arasında imzalanan viza sadələşdirməsi və readmissiya sazişləri bu yay qüvvəyə minəcək.
Səfir bildirib ki, hesabatda Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Onun sözlərinə görə, əfsuslar olsun ki, münaqişənin həlli istiqamətində tərəqqi əldə edilməyib: "Amma ötən ilin noyabr ayında hər iki ölkənin prezidentləri görüşüb və görüşlərin bundan sonra da keçirilməsinə qərar veriblər".

Onun sözlərinə görə, Aİ ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir. M.Mard deyib ki, hesabatda qeyd olunan tövsiyələrdən biri də Aİ nümayəndələrinə Dağlıq Qarabağ və ətraf rayonlara getməyə icazə verilməsidir.
Səfirin sözlərinə görə, Aİ enerji sahəsində əməkdaşlıqda Azərbaycana böyük önəm verir: "Aİ Minsk qrupunun üzvü deyil. Biz danışıqlar aparan tərəf deyilik. İşin mürəkkəbliyindən xəbərdarıq. Biz sülh istiqamətində tərəqqi olmasını istərdik. Minsk qrupunun həmsədrləri, Azərbaycan və Ermənistan bu prosesdə əsas tərəflərdir".
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib
26.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilib
25.05.2019
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25.05.2019
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25.05.2019
ABŞ Konqresində Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə növbəti bəyanat verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info