Suraxanı rayonunda əhalinin tibbi müayinəsi uğurla davam edir
Tarix: 02.04.2014 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin fevralın 17-dən mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Suraxanı rayonunda böyük ruh yüksəkliyi ilə icra olunur.
Tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsi üçün rayon icra hakimiyyətində yaradılmış komissiya təbliğat-təşviqat işlərini davam etdirir. Aparılan araşdırmalar deməyə əsas verir ki, tibbi müayinədən rayon əhalisi çox razıdır. Bu tədbirin həyata keçirilməsi dövlət başçısının vətəndaşlara göstərdiyi diqqət və qayğının nəticəsidir.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova bildirib ki, sakinlərin dispanterizasiyası 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada aparılır. Rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, qəsəbə bələdiyyələri əhali arasında planlı formada maarifləndirici tədbirlər aparırlar. Görülən işlərin nəticəsidir ki, rayon əhalisinin tibbi müayinəsi uğurla davam edir, hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi müayinədən keçirilir. İndiyədək Suraxanı rayonunda 90 minə yaxın vətəndaş tibbi müayinədən keçib. Onlardan 2335 nəfərdə müxtəlif xəstəliklər aşkarlanmış, 182 nəfər stasionar müalicəyə cəlb olunub.
15 nömrəli birləşmiş şəhər xəstəxanasının baş həkimi Arif Məmmədov deyib ki, rəhbərlik etdiyi müəssisə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqranı”nın icrasına uyğun olaraq əsaslı təmir olunub və ən müasir avadanlıqlarla təchiz edilib. O bildirib ki, xəstəxanaya gələn vətəndaşlar ümumi və biokimyəvi, rentgen, ultrasəs və digər müayinələrdən keçirlər. Bu günədək 13650 nəfər tibbi müayinədən keçib. Onlardan 979 nəfəri rentgen, 2254 nəfəri laboratoriya müayinəsindən, 479 nəfəri USM aparatından və 377 nəfəri isə EKQ müayinəsindən keçib. Müayinədən keçənlərin 159 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 39 nəfəri isə stasionar müalicəyə götürülüb. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda, müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Xəstəxananın tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirən Qaraçuxur qəsəbəsinin sakini Əliağa Hüseynov vurğulayıb ki, bu aksiya ölkə başçısı İlham Əliyevin hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu bir daha sübut edir. Aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti var. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır. Dövlət başçısının vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır.
Qəsəbə sakini Cəmilə Həsənova demişdir: “Bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info