FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir
Tarix: 02.04.2014 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzi laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun ərazisində yerləşən Taxtakörpü qəsəbəsindəki tam orta məktəbdə yanğın təhlükəsizliyi qaydalarına həsr olunmuş maarifləndirmə tədbiri keçirib.
Laçın rayon təhsil şöbəsinin, FHN-nin yerli qurumlarının və rayon təcili tibbi yardım stansiyasının əməkdaşlarının da iştirak etdiyi tədbirdə fövqəladə hadisələrin profilaktikasında təbliğatın rolundan bəhs edilib, fövqəladə hallar, onların növləri və xüsusiyyətləri barədə geniş məlumatlar verilib.
Regional mərkəzin əməkdaşları tərəfindən “Yanğın təhlükəsizliyi qaydaları”, “Yanğın hadisələri zamanı davranış qaydaları”, “Elektrik enerjisi ilə düzgün davranış qaydaları” mövzularında çıxışlar dinlənilib, məktəblilərə 112 Zəng Mərkəzinə müraciət qaydaları izah olunub.
Tədbirdə FHN-nin hazırladığı “Yanğın təhlükəsizliyi qaydaları” adlı videoçarx nümayiş etdirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Tədbir zamanı rayon yanğından mühafizə hissəsinin əməkdaşları şərti yanğının söndürülməsini, təcili tibbi yardım stansiyasının həkimləri isə şərti yanıq xəsarəti almış şəxsə ilkin tibbi yardım göstərilməsini əyani şəkildə nümayiş etdiriblər.
Sonda məktəbin təxliyə planı ilə tanış olan Qarabağ Regional Mərkəzinin və FHN-nin yerli qurumlarının əməkdaşları elektrik təsərrüfatına və yardımçı binalara baxış keçirib, müəssisə rəhbərliyinə təhlükəsizlik qaydaları ilə bağlı tövsiyələr veriblər.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info