Xəzərin hüququ statusu ilə bağlı razılaşdırılmayan məsələlər açıqlandı
Tarix: 02.04.2014 | Saat: 18:32:00 | E-mail | Çapa göndər


Türkmənistanın Aşqabad şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 36-cı iclası keçirilib.
Xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında deyib ki, iclasda Həştərxan sammitinin yekun sənədlərinin layihəsi müzakirə edilib.
Həmin sənədlər Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin aprelin 22-də Moskvada keçiriləcək görüşündə müzakirə olunacaq.
Həmin görüşdə Xəzəryanı ölkələrin dövlət başçılarının Moskva sammitində müzakirəyə çıxarılacaq məsələlərə baxılacaq.
Qərara alınıb ki, sammitə qədər İşçi Qrupun bir neçə iclası keçirilsin. Bu görüşlərdən biri xarici işlər nazirlərinin Moskva görüşündən əvvəl elə Moskvanın özündə olacaq: “Bəzi razılaşdırılmayan məsələlər üzərində iş və intensiv danışıqlar aparılır. Sammit bu ilin birinci yarısında keçiriləcək. Sammitin vaxtı diplomatik kanallarla dəqiqləşdirilir”.
“Razılaşdırılmayan məqamlar nədən ibarətdir” sualına cavab olaraq X. Xələfov bunları deyib: “Su səthinin suverenlik zonasının, sərhəd xətlərinin, balıqçılıq sahəsinin, elmi-tədqiqat zonasının dəqiqləşdirilməsi, ekologiya, təhlükəsizlik məsələləri, fövqəladə halların nəticələrinin aradan qaldırılması, bioresursların qorunması və istifadə olunmasına dair hələlik razılaşma yoxdur. Bu məsələlər İşçi Qrupunda razılaşdırıla bilər”.
Nazir müavini onu da deyib ki, danışıqlar həm beştərəfli, həm ikitərəfli, həm də üçtərəfli keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Hərbi Hava Qüvvələrinin aviasiya bazasının yeni komanda məntəqəsinin açılışı olub
24.04.2019
Azərbaycan gömrükçüləri ABŞ-da praktiki təlimlərdə iştirak edirlər
24.04.2019
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Yanla görüşüb
24.04.2019
YAP-ın qərargahında “Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib
23.04.2019
Bürokratik əngəllər aradan qaldırılmalı, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info