Niderland Krallığının səfiri BSU-da
Tarix: 02.04.2014 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Xarici ölkələrin səfirləri ilə Bakı Slavyan Universiteti (BSU) tələbələrinin görüşünü təşkil edən “Səfir saatı” klubunun növbəti qonağı Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Jan Qabrielsan olub. BSU-nun Mətbuat Xidmətindən “Palitra”ya verilən məlumata görə, tədbirdə universitetin rəhbər heyəti, müəllim və tələbələr iştirak ediblər. Görüşü giriş sözü ilə açan BSU-nun rektoru professor A. A. Hacıyev tədbir iştirakçılarını salamladıqdan sonra qonağı auditoriyaya təqdim edib. Rektor cənab səfirin universitetə ikinci gəlişinin olmasına baxmayaraq professor K.M.Abdullayev tərəfindən yaradılan və artıq 10 ildir fəaliyyət göstərən “Səfir saat”ı klubunda ilk dəfə qonaq olduğunu bildirib.
Professor A.A.Hacıyevi rektor təyin olunması münasibəti ilə təbrik edən səfir BSU-da xarici qonaqlarla görüşlərin artıq ənənəyə çevrildiyini və bu qonaqlar sırasına qoşulduğunun onun üçün sevindirici hal olduğunu nəzərə çatdırıb. Universitetdə hər il mütəmadi olaraq keçirilən “Bir günlük Xəlifə” layihəsi haqqında məlumatlandırıldığını bildirən səfir bu hadisənin çox maraqlı olduğunu vurğulayıb. Ölkələrarası əməkdaşlıqdan söz açan qonaq Niderland Krallığı ilə Azərbaycan arasında olan iqtisadi, siyasi, mədəni əlaqələrin mövcudluğundan danışıb və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib. O eyni zamanda Niderland Krallığındakı universitetlər ilə BSU arasında yeni əlaqələrin yaranması üçün əlindən gələni etməyə hazır olduğunu söyləyib. Cənab səfir Niderland Krallığının səfirliyinin Azərbaycanda artıq 5 ildir ki fəaliyyət göstərdiyini və o öz ölkəsini təmsil edən sayca üçüncü səfir olduğunu nəzərə çatdırıb. Xalqımızın çox zəngin mədəniyyətə malik olduğunu, Bakının son illər ərzində çox sürətlə inkişaf etdiyini qeyd edən səfir Azərbaycanın bir sıra bölgələrinə səfər etdiyini və vətənimizə heyran olduğunu bildirib.
Qonaq Niderland Krallığında olmuş BSU-nun professor və tələbələrinin təəssüratını maraqla dinləyib. Görüşdə səfir müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıb, BSU-nun “Fəxri Qonaqlar Kitabı”na ürək sözlərini yazıb və tələbələrlə xatirə şəkli çəkdirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info