YADA DÜŞƏN MƏKTUBLAR
Tarix: 02.04.2014 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


|

ESSE

Azarkeşlik etdiyim futbol klubunun göstərdiyi bərbad oyundan sonra gəlib arğın-yorğun yazı stolumun arxasına keçdim. Məyusluğumun kuliminasiya nöqtəsi idi. Nə edəcəyimi bilmirdim.Telefonumu götürüb futbol “azartları” ilə məndən daha cox tanınan dostlarıma zəng vurub komandamızın oyunu haqda mühazirələrə başlamaq istədim."Bizimkilərin texnikası yoxdur, legionerlər də əzmkar deyillər, xətlər arasında əlaqə yox səviyyəsindədir. Əşşi, məşqçinin torbasını tikmək istəyirlər" - bu kimi fikirlər əslində çox köhnəlmiş oldugundan yenidən danışılması mənasız idi. Mən də bu mənasızlığa giriş vermək istəmədiyim ücün bəşəriyyətin əvəzolunmaz texnologiyalarından birini yenidən yerə qoydum. Qarşımdakı başqa bir dərdləşmə vasitəsini - kağız-qələmi götürdüm.Nə yazacağımı bilmədən, qələmlə ağ kağızın bakirəliyini onun əlindən aldım. Nə yazacağımı uzun-uzadı düşündükdən sonra yadıma heç əlaqəsi olmayan bir qadın dostumla yazışmağım düşdü. Onda mən doqquzuncu sinifdə oxuyurdum, romantik olduğunu bilib, sevgi şeirlərimə münasibətini bildirməsi üçün ona vermişdim. 3 gün sonra şeirlərimə yazılan sətirlərlə birgə başqa bir məktub da aldım. O gündən müntəzəm davam edən yazışmamızda o, ərinə olan münasibətindən aralarında olan problemə qədər, işıqlı fikirlərindən qapalı mühitin təsirinə qədər hər şey barədə yazırdı. Mən də fürsəti fövtə verməyib sarı saçlı, mavi gözlü, uzun kirpikli Səbinəyə olan münasibətimdən sonsuz sevgimdən yazırdım. Zaman ötdükcə o, şeirlərimdən çox, bəlkə də sevgimin vurgunu olurdu. Amma onun bu vurğunluğu sevgimə heç bir xeyir vermədi. Altı ay sonra Səbinənin nişanlanma xəbəri məktəbimizdə, mən eşitdiyimdən 3 gün sonra yayılanda, o da məktubunda məyus oldugunu yazırdı. Həmin gündən məndə erkən yaşda nikaha nifrət oyandı. Qızların ali təhsil almadan ərə getməsi, doğuş zamanı ola biləcək fəsadlar və buna bənzər problemlər o vaxt heç vecimə də deyildi. Erkən yaşda nikaha Səbinəni məndən aldığına görə nifrət edirdim. Səbinəyə olan sevgim həsrətlə əhatələnəndən sonra həsrət yanğılı şeirlərim dünyaya gəlirdi. Bu intizar mənim ədəbiyyata gəlməyimə təkan versə də, Səbinənin gedişinə əngəl olmadı.İllər ötdükdən sonra orta məktəbi ali məktəblə əvəz etdiyimin ilk ilindəcə Səbinəyə bənzər biri həyatımda peyda oldu - hər şey mükəmməl idi - sarı saclar, mavi gözlər, uzun kirpiklər və bir də bunlara xüsusi gözəllik verən sahibinin adına bənzəyən yeganəliyi. Səbinəyəbənzərin vəfası da onun vəfasına bənzədi. 2-ci kursun ortalarında onu qatarla yola salanların arasında mənim məsum baxışlarım da var idi. Bundan sonra səbinəyəbənzərlərə gözlərimi yumacagımı özümə söz versəm də, bu sözümdən tez-tez və sevə-sevə dönməli olurdum. Günlərin birində sevdiyim və sevdiyimi heç kəsə demədiyim birindən içində rəsmim çəkilmiş oxucu məktubu aldım.Onun incə barmaqlarının yazdıgı ən adi söz belə, mənə qeyri-adi gəlməklə bərabər özünün səsi ilə qulağımda səslənirdi.Vur-tut, 17 cümlədən ibarət olan məktubu ən azı cümlələrin sayı qədər oxudum. Hər dəfə eyni sozdən başqa fikirlər kəşf edirdim.2-ci oxucu məktubunu 5 gün gözləməli oldum.Nəticədə bu dəfə 22 cümlədən və rəssam qızın öz rəsmindən ibarət olan yarıoxucu-yarısevgi məktubu aldım.Mən bu məktubdakı sözləri o qızın əsla düşünə bilməyəcəyi şeylərə yozurdum.Ən sonda qəti qərara gəldim:17+22=39. Bu, nağıldakı kimi idi. Müşkül məsələ 40 gündən sonra həllini tapır. O da mənə işarə verib. Deməli, o, yazmaq istəyib ki, birgəliyimizə cəmi bir addım qalıb. Sonrakı məktubunda o, mənə 82 cümlə yazmaqla mənim əsassız nəzəriyyəmi məhv etdi. Ücüncü məktubu ikinci dəfə oxuyanda Səbinədən və səbinəyəbənzərdən daha gözəl olan rəssam qız mənə yaxınlaşıb, sevdiyini üzbəüz dedi. Onun titrək dodaqları bu bir cümləni elə aramla dedi ki, mənə elə gəldi, o, bunun ücün bir saat sərf etdi. İntizar adlı bir şey yalnız bazar günü və dərs saatlarının bitdiyi vaxtlar idi. Şənbə günləri kitabxananın oxu zalında saatlarla çəkən görüşümüz də intizarımızın saatını azaltmağa, gücünü çoxaltmaga xidmət edirdi. Bu xidmət uzun zaman davam etdi.O zamana kimi ki o, nişanlandı. Yaşasın ayrılıq şüarı, yenidən həyatımın əsas şüarı oldu. Bütün bunları mən o qadın dostumla kağız üzərində paylaşırdım.Onun üçün maraqlı olan mənim sevgimin qeyri-adiliyi idi. Uzun kirpiklər, mavi gozlər, sarışın saclar. Bu dəm bir qədər əvvəl tərəfimdən laqeydcəsinə yerə qoyulan telefon zəng calmaqla öz varlıgını büruzə Verdi .Zəng edən futbol “azartlı” tanışlarımdan biri idi.O, söhbətinə köhnə söhbətdən başladı: bizimkilərin texnikası yoxdur, legionerlər də əzmkar deyillər, xətlər arasında əlaqə yox səviyyəsindədir. Sonuncu cümləni onunla birgə mən də dedim:”Əşşi, məşqcinin torbasını tikmək istəyirlər"…




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info