Gözlərin
Tarix: 02.04.2014 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Məndənmi küsmüsən, yoxsa taledən?
Yönəlib arana, dağa gözlərin.
Qəribə yaradıb bizi xəlq edən
Nökər mən olmuşam, ağa gözlərin.

Gün dolanır, aylar ötür, il keçir,
Sevən könül sevdiyindən əl çəkir?
Gözlərindən gözlərimə yol keçir,
Heyran qalıb baxa-baxa gözlərin.

Bu istəyin ömrü azca kəm olsa,
O gözlərin mənsiz qalsa, nəm olsa,
Aramızda həsrət olsa, qəm olsa,
Məni yandıracaq, yaxa gözlərin.

Gözlərin dünyanı görən kimidi…
Gözlərsiz dünyanı görən kim idi?
Görürsə ömrünün hansı dəmidi,
Çəkməz varlığımı yoxa gözlərin!

Beləsindən
Neçə dəfə üzüm yanıb,
Bu fələyin şilləsindən!
Qorxu nədir bilməmişəm,
Mərd adamın gülləsindən.

Həsrət töksə - yaşdı dəhşət,
Vaxtsız gəlsə - qışdı dəhşət,
Namərd atan - daşdı dəhşət,
Ehtiyat et, beləsindən.

Nə yaşadıq, nə yarıdıq?
Nə qocaldıq, nə qarıdıq!
Yaramızı biz sarıdıq
Belə qara yel əsəndən.

Sən demə
Dəmir kimi isti-isti döyülsəm,
Qığılcımlar qopasıymış, sən demə.
Çətin olur ürəyimə yol tapan,
Köksüm qala qapısıymış, sən demə.

Xəyalımda çox karvanlar dolandı,
Araz çayı lil gətirdi, bulandı.
Gördüklərim gözlərindən sulandı,
Buludların topasıymış, sən demə.

Bu dağların yağan qarı ərimir,
Yaylağından karvan keçmir, yerimir.
Könlüm daha dilə gəlib, kirimir,
Vaxt atını çapasıymış, sən demə.

Axarım var, baxarım var, yönüm var,
Dağ olmuşam – harayım var, ünüm var.
Çəmənimə nur ələyən günüm var,
Yoğuranlar yapasıymış sən demə.

Xəyal mənim qanadlanan bir quşum,
Vaxtsız deyil nə baharım, nə qışım.
Ürəyimdən baş alan bu göz yaşım,
Ürəklərə hopasıymış, sən demə!

Tanımadın sən
Döşümə döymədim, mənəm demədim,
Məni mənim kimi, tanımadın sən!
Dağlandı dağ kimi, sinəm-demədim
Məni mənim kimi, tanımadın sən!

Bəxtim kor olubdu, gözü yoxdu heç,
Onsuz da əlimin duzu yoxdu heç!
Çörəyim çörəkdir, üzü yoxdu heç,
Məni mənim kimi, tanımadın sən!

Mən həmdəm demişdim, sən isə dəmdən,
Necə öyrənmisən, bilmirəm kimdən?
Kövrəkdir ürəyim, bir sarı simdən,
Məni mənim kimi, tanımadın sən!

Aldanıb yol çəkən, gözümə heyif,
Şax duran, yorulmaz, dizimə heyif.
Belə deməmişdim, sözümə heyif,
Məni mənim kimi, tanımadın sən!

Dünyanın işindən, halı mən oldum,
Qananın, qanmazın qulu mən oldum?
Əzəldən o haqqın yolu mən oldum,
Məni mənim kimi, tanımadın sən!

Arxalanma
Bülbül səsi gələn yerdə,
Qırıldayıb, qarğalanma.
Əyləşəndə ədəb gözlə,
Hər tərəfə yırğalanma.

Ürəyində sözün varsa,
Söylə onu, üzün varsa.
Haqqı görən gözün varsa,
Nahaq yerə darğalanma.

Vahid, könlü dağa döndər,
Bir gülşənli bağa döndər.
Namərdləri yoxa döndər,
Sən onlara arxalanma!

Vahid Dumanoğlu




 
Bölməyə aid digər xəbərlər
23.11.2019
Yunanıstanın Samos adasında miqrantlar meşədə müvəqqəti evlər inşa edir
23.11.2019
Mehriban Əliyevanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub
23.11.2019
Prezident İlham Əliyev dekabrın 20-də rusiyalı həmkarı ilə görüşəcək
23.11.2019
Baş Nazir Əli Əsədov Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının Şərq Tərəfdaşlığı İnvestisiya Sammitində iştirak edib
22.11.2019
Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq“ ordenini təqdim edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info