Bataqlıq gülü
Tarix: 02.04.2014 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Körpə qız-bir qönçə, saf və tərtəmiz,
Körpədir, dünyadan hələ xəbərsiz.
Elə ki, bir azcıq böyüdü körpə,
Arzular kök saldı o körpə qəlbə.

Yaşıl tumurcuqla doluydu qəlbi,
Tanımazdı kini, həm də ki, dərdi.
Hələki, ömrünün fəsli bahardı,
Hətta nağıllara o inanardı.

Yuxular görürdü yeddi yaşından,
Oyanardı qorxu ilə yuxudan.
Görünməz bir qüvvə hey uçurumdan,
Atardı bu qızı heç acımadan.

Bilməzdi mənası nədir yuxunun,
Yuxudan xəbəri hansı çocuğun?
Fələyin, taleyin xəbərdarlığı,
Çəkəcək əzabın ağırlıqları...

Yavaş-yavaş daha büruzə verir,
İnsanlar özünü artıq göstərir.
Uşaqlığından o qara qüvvələr,
İyrənc fikirlərlə hey onu izlər.

Bu hələ nağıldır, gələcək dəhşət,
Sığmaz insanlığa gördüyü vəhşət.
Sadəcə diləyi təmiz sevgiydi,
Bəmbəyaz gəlinlik ilk diləyiydi.

Həyatda ən böyük səhvini etdi,
Bağlandı birinə, sevgitək bildi.
Yapışdı qəlbinə sanki bir zəli,
Heyif ki, bu qızı eylədi dəli.

Mürəkkəb deyildir, qara ləkələr!
Bəyaz vərəqləri indi ləkələr.
Nə zaman o görər kiçik qönçələr,
Puç olmuş arzular yadına düşər.

Çəmənlərdə bütün çiçəklər, güllər
Bülbülləri ilə sevər-sevilər.
Mənim qəhrəmanım bataqlıq gülü,
Görmədi özünü sevən bülbülü.

Bənövşə Bayramova




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11.11.2019
Türkiyə Boloviyada baş verənlərdən rahatlığını dilə gətirdi
11.11.2019
Parlament Jurnalistlər Birliyi cəbhə bölgəsində bayraq aksiyası təşkil edib
11.11.2019
Riyaziyyat və Mexanika İnstitutunda növbəti elmi seminar keçiriləcək
11.11.2019
Radikal müxalifətin yad ölkələrin təcrübəsinə sığınmaq cəhdləri təlxəklikdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info