Mətbuat Şurası «Həyat işığında» layihəsinə start verdi
Tarix: 02.04.2014 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi «Həyat işığında» layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olmuş, ömrünü-gününü peşəsinə sərf etmiş qayğıya ehtiyaclı qələm sahiblərinə baş çəkmək, onlarla maraqlanmaq nəzərdə tutulur. Layihənin məqsədlərinə eyni zamanda jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yaradıcılıq gecələrinin, dünyasını dəyişmiş qələm sahibləri ilə bağlı anım mərasimlərinin təşkili də daxildir. Bu gün Mətbuat Şurasının sədri Əflatun Amaşov, Şuranın İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, həmçinin Şuranın Ahıl Jurnalistlər Məclisinin üzvləri qocaman jurnalist Kazım Ələkbərova baş çəkiblər. Qeyd edək ki, hazırda ömrünün 88-ci ilini yaşayan Kazım Hacıhüseyn oğlu Ələkbərov uzun illər Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da, «Xalq qəzeti»ndə, «Bakı»-«Baku» qəzetlərində və digər tanınmış mətbu orqanlarda məsul vəzifələr tutub. Neçə-neçə jurnalist nəslinin yetişməsində xidmətləri olub. K.Ələkbərov idarəçilik sistemində də çalışıb. Dövlət idarələrində ana dilinin tətbiqi işinə də yaxından kömək göstərib. Görüş zamanı MŞ sədri Əflatun Amaşov K.Ələkbərova rəhbərlik etdiyi qurumun təşəbbüsü barədə məlumat verib. Bildirib ki, Şura qayğıya ehtiyacı olan jurnalistləri yaddan çıxarmayacaq, onların keçdiyi ömür yolunun təqdim edilməsi üçün tədbirlərini gücləndirəcək. Qocaman jurnalist K.Ələkbərov həyat fəaliyyətindən söz açıb, jurnalist fəaliyyətinin spesifik məqamları ilə bağlı fikirlərini bölüşüb. MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə K.Ələkbərov kimi dəyərli qələm sahiblərinin həyat yolunun örnək məqamlarının gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb. Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, jurnalistlər Məzahir Süleymanzadə və Mehman Fərzullayev K.Ələkbərovun xarakterik iş xüsusiyyətlərindən bəhs edib, xatirələrini bölüşüblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.11.2020
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar
26.11.2020
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək
26.11.2020
Koronavirusa yoluxanlar ilk gündən həkimə müraciət etsinlər
25.11.2020
Müharibədə yaralanmış Elçin Səmədovun ailəsi üçün ev tikiləcək
25.11.2020
Dağlıq Qarabağın ingiliscə yazılış forması dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
2 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?
3 Öküz ili bürclərə nə vəd edir?
4 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
5 Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə iki mindən çox söz əlavə edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info