Azərbaycan Prezidenti Türkmənistana səfərə dəvət edilib
Tarix: 02.04.2014 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev aprelin 2-də Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib. Rəşid Meredov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ən səmimi salamlarını və dərin ehtiramını dövlət başçısına çatdırıb. O, Prezident Qurbanqulu Berdiməhəmmədovun ən xoş arzularının və Prezident İlham Əliyevi Türkmənistana səfərə dəvətinin ifadə olunduğu məktubunu dövlət başçısına təqdim edib. Rəşid Meredov dövlət başçıları arasında dostluq əlaqələrinin ikitərəfli münasibətlərin genişləndirilməsindəki rolunu xüsusi qeyd edib.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. Xalqlarımızın qədim tarixə və etnik köklərə malik olduğunu qeyd edən dövlət başçısı ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini deyib. Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin genişləndirilməsində dövlət başçıları arasında əlaqələrin və yüksək səviyyəli görüşlərin önəmini qeyd edib. Dövlət başçısı Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovun Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Prezident İlham Əliyev Prezident Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş edib.




 
Bölməyə aid digər xəbərlər
03.12.2020
Bu gün saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
03.12.2020
Azərbaycan XİN: Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib
03.12.2020
Türk Şurası Azərbaycana başsağlığı verib
03.12.2020
Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
03.12.2020
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyada videoformatda çıxış edib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12129

1 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO
2 Ev şəraitində öskürəyə qarşı tətbiq edilən ən effektiv vasitələr
3 Qarabağ yeni turizm destinasiyası kimi dünyaya təqdim olunacaq
4 İqor Korotçenko: “Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bu məsələ birdəfəlik və həmişəlik bağlanıb”
5 “Anamın kitabı” pyesi əsasında çəkilən film tamaşaçıların görüşünə gələcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info