Qvardiola: “1:1 təhlükəli hesabdır“
Tarix: 02.04.2014 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


"Nəticədən razıyam, komandamı təbrik edirəm. "Mançester Yunayted"in dünyanın ən yaxşı komandalarından olduğunu unutmamalıyıq. Səfərdə vurduğumuz bir qol çox önəmlidir. Runi və Uelbek qol imkanlarından yararlana bilmədiyi üçün şanslıyıq".
Bu sözləri "Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola "Mançester Yunayted"lə oyundan sonra keçirilən mətbuat konfransında deyib. İspaniyalı mütəxəssis komandasının yarımfinala adlayacağına əmin olduğunu bildirib: "Buraxdığımız qolda müdafiə olunmaq çətin idi. Müdafiəyə qapanan komandalara qarşı oynamaq asan deyil. Münhendə buna bir çarə tapıb-tapmayacağımızı görəcəyik. Cavab matçına 1:1-lik hesabla çıxmaq təhlükəlidir. Ancaq hesab 2:1 də olsaydı, bizim üçün yenə təhlükəli sayılacaqdı. Yarımfinala yüksəlməyə çalışacağıq. Əminəm ki, bunu bacaracağıq. Oyunçularıma güvənirəm və ümid edirəm ki, azarkeşlərimiz rəqibi təzyiq altında saxlayacaqlar". Qeyd edək ki, bu komandalar arasında cavab oyunu bir həftə sonra Münhendə keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
16.12.2019
“Mançester Siti“ səfərdə “Arsenalı“ darmadağın edib
15.12.2019
Futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinə start verilib
15.12.2019
“Atletiko” iki cavabsız qolla qalib gəlib
15.12.2019
“Barselona“dan xal itkisi
15.12.2019
Emil Balayev üçün erməni baş məşqçi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11405

1 “Gəncliyimiz Prezidentin onlara etibar və həvalə etdiyi məsuliyyətin yükünü çiyinlərində daşımağa qadirdir”
2 AZSIĞORTA Mərkəzi Bank əməkdaşlarını sığortalayacaq
3 Naxçıvanın Daxili işlər naziri Fazil Ələkbərov Dünya Şotokan Karate Federasiyasının 1-ci vitse-prezidenti seçilib
4 Azərbaycan idmançıları Moskvada dünya rekordunu qıraraq çempion olublar
5 Regionların inkişafı bütövlükdə Azərbaycanın inkişafı deməkdir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info