Güləşçimiz dördüncü dəfə Avropa çempionu adını qazandı
Tarix: 02.04.2014 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı keçirilir. Çempionatın ilk günündə 65 və 97 kiloqram çəki dərəcələrində sərbəst, 48 və 58 kiloqram çəki dərəcələrində isə qadın güləşçilər mübarizə aparıblar.
Çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Toğrul Əsgərov səkkizdəbir finalda bolqarıstanlı Borislav Noviçkovla qarşılaşıb. Güləşçimiz 4:0 öndə olsa da, sonda 5:13 hesabı ilə məğlub olub. B.Noviçkov yarımfinalda mübarizəni dayandırdığından, T.Əsgərovun təsəlliverici görüşlərə qatılması da mümkün olmayıb.
Xetaq Qazyumov (97kq) səkkizdəbir finalda Belarus təmsilçisi İvan Yankovskini 7:0 hesabı ilə üstələyib. Dörddəbir finalda onun rəqibi Kamil Skazikeviç (Polşa) olub. Görüşdə 6:2 hesablı qələbə güləşçimizi yarımfinala yüksəldib. Ukrayna təmsilçisi Pavel Oleyniki də üstələyən (4:0) X.Qazyumov finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada güləşçimizi rusiyalı rəqibi Abdusalam Qadisova uduzaraq gümüş medalla kifayətlənib.
Qadın güləşçilərimizdən Mariya Stadnik (48kq) səkkizdəbir finalda rusiyalı Nadejda Fedorova ilə qarşılaşıb. İdmançımız 14:2 hesabı ilə üstün olub. Dörddəbir finalda isə o, Macarıstan təmsilçisi Mersedes Deneşi tam üstünlüklə məğlub edib. Yarımfinalda rumıniyalı Maqdalina Linquraruya da qalib gələn güləşçimiz finala yüksəlib. Finalda rəqib ukraynalı Natalya Pulkovskanı tam üstünlüklə məğlub edən M.Stadnik dördüncü dəfə Avropa çempionu adını qazanıb. Qitə birinciliyində 58 kiloqram çəki dərəcəsində mübarizə aparan İrina Netreba isə mübarizəyə birbaşa dörddəbir finaldan qoşulub. Bolqarıstanlı Viktoriya Bobevanı 8:4 hesabı ilə üstələyən təmsilçimiz yarımfinala yüksəlib. Yarımfinalda belaruslu Anastasiya Huçok üzərində (6:1) qazanılan qələbə İ.Netrebanı finala çıxarıb. Finalda güləşçimiz Valeriya Jolobovaya (Rusiya) uduzub və gümüş medalla kifayətlənib.
Beləliklə də, Azərbaycan güləşçiləri Avropa çempionatının ilk günündə biri qızıl olmaqla üç medal qazanıblar.




 
Bölməyə aid digər xəbərlər
23.11.2019
Türkiyə Super Liqası tarixində ilk dəfə qadın klub prezidenti olub
22.11.2019
SOCAR İstanbul klubuna sponsor olacaq?
22.11.2019
Emil Balayev mövsümün ən yaxşısı seçildi
22.11.2019
Naxçıvanlı idmançılar ötən ay Azərbaycan birinciliyində 16 medal qazanıblar
22.11.2019
İstefa verən Maradona baş məşqçi vəzifəsinə qaytarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10951

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
5 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info