Pakistan mətbuatında “Azərbaycanda soyqırım“ adlı məqalə
Tarix: 02.04.2014 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Pakistanın "The Frontier Post" qəzetində Pakistanın Milli Müdafiə Universitetinin aparıcı tədqiqatçısı İffət Pərvizin "Azərbaycanda soyqırım" adlı məqaləsi dərc edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məqalədə Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci ildə 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan etdiyi, öz çıxışında Birinci Dünya müharibəsi və Rusiyadakı 1917-ci ilin fevral və oktyabr inqilablarından sui-istifadə edən ermənilərin bolşevik şüarları altında öz məkrli planlarını və 1918-ci ilin mart ayında Bakı Kommunasının Bakı əyalətindən azərbaycanlıları tamamilə ləğv etmək haqqında kriminal planını həyata keçirməyə başladıqlarını bildirdiyi qeyd edilib.
Yazıda Azərbaycan xalqının hər ilin 31 martında kütləvi etnik təmizləmə və soyqırımı qurbanlarını yad etdiyi bildirilib.
31 mart 1918-ci il hadisələri zamanı soyqırıma məruz qalmış insanların sayı haqqında yazan İ.Pərviz "New York Times" qəzetinə istinad edərək bu rəqəmin təkcə Bakıda 12 min olduğunu bildirib. Qeyd edib ki, 1919-cu ildə keçirilmiş Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti ermənilərin Bakı hadisələrində əsas rol oynayaraq 12 min qadın, uşaq və ahılı öldürdüklərini bildirib.
Məqalədə ermənilərin soyqırımı siyasətini davam etdirərək 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində yüzlərlə günahsız insanı xüsusi amansızlıqla məhv etdikləri bildirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb
21.11.2019
Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub
21.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Putinlə görüşəcək
21.11.2019
Bakı və Təbriz şəhərləri arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq
21.11.2019
Sumqayıtda çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsinə vəsait ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info