“Qara Turizmin inkişafı və təbliği”
Tarix: 02.04.2014 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


27 mart 2014-cü il tarixindən başlayaraq Balakən rayonunda Prezident yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən “Qara Turizmin inkişafı və təbliği” layihəsi çəçivəsində nəzərdə tutulan təlimlər həyata keçirilib.
Belə ki, Qara Turizm insanların savaş və təbii fəlakətlərin (ölüm və acıların) yaşandığı yerlərə, bu yerləri görmək üçün ziyarətləri ilə gerçəkləşən bir turizmdir. Qara turizmin tərifi adətən bu formada göstərilir: “Qara turizm, gerçək vəya törədilmiş ölüm, hüzün və dəhşət hadisələrin keçdiyi müdafiə ərazilərinə, diqqət mərkəzlərinə ziyarət və ya səyahət etməkdir.” Qara turizmə aid Belçikadakı Vaterlu kimi savaş meydanları, Etna kimi vulkan püskürməsi əraziləri, Atom bombasının atıldığı Xirosima (Yaponiya), Auschwitz ölüm kampları (Nasist kampları) kimi işkəncə mərkəzləri, Çanaqqala müharibələrinin baş verdiyi meydanlar, Dolmabaxça (M. K. Atatürkün vəfat etdiyi yer) və başqa nümunələr çəkilə bilər. Belə ki, bu Qara Turizm ərazilərinə edilən turistik səfərlər nəticəsində həmin dövlətlərin turizm üzrə iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə artmaqdadır. Azərbaycan Qara Turizm ərazilərinə Qubada soyqırım abidəsini, Nargin "sürgün" adasını, Bakı şəhərində Şəhidlər Xiyabanı və başqa nümunələri göstərmək olar. Təlimlər sırasında Turizm sənayesinin müasir inkişaf meylləri, Azərbaycanda Qara Turizm sahəsi, Qara Turizm sahəsinin üstünlükləri, iqtisadi- siyasi əhəmiyyəti kimi mövzuların məlumatlandırılması ilə bərabər geniş müzakirələr aparılıb. Təlimlərdə 25 nəfər Balakən gənci iştirak edib. Qeyd edək ki, layihə rəhbəri Azərbaycan Turizm İnstitutunun müəllimi Səbuhi Aslanov olub. Səbuhi Aslanov mövzu ətrafında çıxışlar etdikdən sonra Balakən Rayon Gənclər və İdman İdarəsi nümayəndəsi Sərxan Hacıyev layihə ideasının əhəmiyyətini bir daha vurğulayaraq ölkədə iqtisadi inkişafa, məşğulluğun , turizm ehtiyatlarının artmasına və siyasi- ideoloji birliyə effektiv təsirindən söz açdı. Daha sonra təlim iştirakçılarının sualları cavablandırılıb. Balakən rayonunda təlimlər uğurla başa çatıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info