Səbaildə əhalinin tibbi müayinə tədbirləri müzakirə olunub
Tarix: 02.04.2014 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri həyata keçirilir. Bu tədbirlər paytaxtın mərkəzi rayonu olan Səbail rayonunda da yüksək səviyyədə təşkil olunub.
Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş yığıncağında məhz bu mühüm aksiyanın keçirilməsinin vəziyyəti müzakirə olunub. Səbail rayon rəhbərliyi, RİH başçısı yanında Şuranın üzvləri, rayonun səhiyyə və təhsil müəssisələrinin, qəsəbə və sahə ərazi nümayəndəliklərinin, bələdiyyələrin, ictimai təşkilatların və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən Səbail RİH Başçısı yanında Şuranın iclasını açıq elan edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd edib ki, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısının məntiqi nəticəsi olaraq ölkəmizdə iqtisadiyyatın inkişafı səhiyyə sahəsində də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaradıb. Respublika əhalisinin sağlamlığı məsələləri hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin imzaladığı Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri aparılır. Bu işlərin Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda da geniş həyata keçirildiyini bildirən Asif Əsgərov bildirib ki, rayonda fəaliyyət göstərən 25 tibb müəssisəsinin böyük əksəriyyəti əsaslı təmir olunub. Təkcə son iki il ərzində Səbail rayonunda MTN-nin yeni hərbi hospitalı istifadəyə verilib, 1, 2, 15, 33 saylı şəhər poliklinikaları, 3 saylı Vərəm əleyhinə dispanser, 3 saylı Təcili Tibbi Yardım Stansiyası əsaslı təmir olunub, yeni 19 saylı Köməkçi Təcili Yardım Stansiyası açılıb, bura bütün zəruri avadanlıqlarla təchiz olunub.
Vətəndaşlarımızın sağlamlığının qorunması tədbirlərini hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri keçirilir. Bununla əlaqədar Səbail rayon İcra Hakimiyyətidə aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub. Məsələ ilə bağlı RİH-də müşavirə keçrilib, rayonun əlaqədar qurumlarına müvafiq tapşırıqlar verilib.
Tədbirin əhəmiyyəti və onun vacibliyi nəzərə alınaraq əhali arasında geniş təşkilati-izahat işləri aparılması üçün qəsəbə və sahə inzibati ərazi nümayəndəlikləri, bələdiyyələr, məhəllə komitələri, rayonda fəaliyyət göstərən müəssisələrin və ictimaiyyətin nümayəndələri bu işlərə cəlb olunub.
Tədbir barədə məlumat verən Səbail RİH başçısının birinci müavini Xalidə Bayramova bildirib ki, fevral ayının 17-dən aprel ayının 1-dək olan müddət ərzində rayon üzrə 42.084 nəfər müayinələrdən keçib. Müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanmış xəstələr ambulator, stasionar müalicəyə cəlb olunub və dispanser qeydiyyata götürülüb, onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunub. Belə ki, qeyd olunan müddət ərzində 143 nəfər stasionar müalicəyə götürülüb, 5649 nəfərə ambulator müalicə təyin edilib. Həyata keçirilən bütün işlər RİH-də yaradılmış komissiya tərəfindən koordinasiya olunur. Komissiya üzvləri mütəmadi olaraq RİH-də toplaşır, tibbi müayinə tədbirlərinin keçirilməsinin vəziyyəti müzakirə olunur, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülür. Poliklinikalarda keçirilən tibbi müayinələrin yekunu gündəlik olaraq nəzarətdə saxlanılır, gündəlük, ongünlük və aylıq yekunlar araşdırılır.
Şura iclasında çıxış edən 1 saylı poliklinikanın baş həkimi Kübra Cabbarova, 33 saylı poliklinikanın baş həkimi Nazim İldarımzadə, 34 saylı poliklinikanın baş həkimi Vəfa Əliyeva, 2 saylı poliklinikanın baş həkim müavini Şahin Quliyev çalışdıqları tibb müəssisələrində əhalinin profilaktik müayinəsi və həmçinin nəzərdə tutulan işlərlə bağlı məlumat vermiş, əlavə görüləcək tədbirlərdən danışıblar. Bildirilib ki, poliklinikalarda müayinələr zamanı hər bir vətəndaş həm klinik-diaqnostik, rengenoloci, elektro-kardioqrafik, ultrasəs, terapevt və dar ixtisaslı mütəxəssislərin müayinəsinə cəlb olunublar.
Tədbirlər çərçivəsində həmçinin rayon ərazisində yerləşən bütün müəssisələrin, idarə və təşkilatların, orta və ali təhsil müəssisələrinin, digər təşkilatların işçilərinin, ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrə qatılması üçün işlər həyata keçirilir. Belə ki, RİH tərəfindən tərtib olunmuş qrafiklərə uyğun olaraq idarə və təşkilatların kollektivlərinin yaxınlıqda yerləşən poliklinikalarda müayinələrinin keçirilməsi təşkil olunub, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Bir sıra hallarda isə səhiyyə müəssisələrində təşkil olunmuş səyyar həkim briqadaları tərəfindən iş yerlərində müayinələrin keçirilməsi aparılır, həmçinin xəstə vətəndaşlar evlərində müayinə olunurlar.
Tədbirdə 3 saylı Vərəm Əleyhinə dispanserin baş həkimi Nəzakət Feyzullayeva, 160 saylı Klassik gimnaziyanın direktoru Faina Ələkbərova, AVMVB Səbail rayon şöbəsinin sədri İlham Əliyev və başqaları çıxış edərək öz təkliflərini irəli sürüblər.
Sonda bu mühüm tədbirin lazımi səviyyədə başa çatdırılması üçün əlavə tədbirlərin həyata keçirilməsi, bununla bağlı qarşıda duran vəziyfələrdən danışıldı, bir sıra təşkilat və xidmət rəhbərlərinə tapşırıqlar verildi.
Nigar






 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info