Qalust Qriqoryan: “Ermənistan artıq Qərbdə Rusiyanın əyaləti kimi qəbul edilir”
Tarix: 02.04.2014 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


“Dünya dövlətləri Ermənistana dövlət kimi güvənmirlər. Amerikalılar, almanlar, fransızlar bizə açıq şəkildə bildirirlər ki, indiki rəhbərlik m olduğu müddət ərzində ölkəyə investisiya
yatırmayacaqlar”

Ermənistanın xarici borcu 8,7 milyard dollar təşkil edir. Ermənistan Milli Statistika Xidmətinin yaydığı məlumatda qeyd edilir ki, bu borcun 39,16 faizi dövlət idarəetmə sistemi ilə bağlıdır.
Borcun 15,5 faizi özəl sektor, 7,42 faizi pul-kredit orqanları, 27,63 faizi kommersiya bankları, 10,3 faizi firmalararası kredit və birbaşa xarici investisiya ilə bağlıdır. 2013-cü ilin dekabr ayının sonlarına olan məlumata görə, Ermənistanın ümumi xarici aktivləri 4 milyard 202 milyon dollar təşkil edib ki, bu da ilin dörd kvartalının ümumi müqayisəsində 325 milyon dollar azalma deməkdir. Nəticədə Ermənistanın ümumi xarici borcu 266 milyon dollar artaraq 8 milyard 694 milyon dollara çatıb. Bu məsələni dəyərləndirən ekspert Qalust Qriqoryan yazır ki, rəsmi açıqlanan rəqəmlər Ermənistanın iqtisadi, demoqrafik, mənəvi-psixoloji baxımdan ciddi böhran keçirdiyini təsdiqləyir: “Təkcə bir faktı qeyd etmək kifayətdir ki, vəziyyətin nə qədər ağır olduğu anlaşılsın. 2013-cü ildə Ermənistana yatırılan birbaşa investisiyalar cəmi 469,2 milyon dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz azdır. Yəni, bir il ərzində ölkəmizə yatırılan investisiyalar heç 500 milyon dollara çatmayıb.

“Ən böyük bədbəxtlik ondadır ki, Rusiyanın özü də Ermənistana yatırdığı investisiyaları kəskin azaldıb. Deməli, Rusiyanın Krım siyasətinin ən böyük zərbəsini Ermənistan alacaq. Bu, özünü Ermənistana yatırılan investisiya ilə yanaşı, ölkəyə olan pul transfertlərində də göstərəcək”

Bu uğursuzluqlara görə, heç kim cavabdehlik daşımayıb. Ermənistan iqtisadiyyatında baş verən bu azalma hətta dünya maliyyə böhranının ən qızğın vaxtlarında belə, olmamışdı. Belə ki, 2009-cu ildə ölkəyə yatırılan investisiyalar 25,8 faiz azalmışdı. Ermənistana yatırılan Fransa investisiyası 57 faiz, Almaniya investisiyası 54 faiz, ABŞ investisiyası isə 34,6 faiz azalıb. Bu, açıq-aşkar Ermənistana və onun rəhbərliyinə etimadsızlıq göstəricisidir. Dünya dövlətləri Ermənistana dövlət kimi güvənmirlər. Amerikalılar, almanlar, fransızlar bizə açıq şəkildə bildirirlər ki, indiki rəhbərlik olduğu müddət ərzində ölkəyə investisiya yatırmayacaqlar. Bu proses hələ uzun müddət davam edəcək. Təkcə ona görə yox ki, Ermənistanda korrupsiya və cəzasızlıq, monopoliyanın həddi bütün sərhədləri çoxdan aşıb. Həm də ona görə ki, investisiyalaşma prosesi Qərb tərəfindən çoxdan siyasiləşib. Qərb təkcə stabil yox, həm də dost ölkələrə investisiya yatırır. Yatırılan investisiyaların kəskin azalması göstərir ki, Ermənistan daha Qərbin dostu deyil. Bunu bizə açıq şəkildə demədikləri üçün tez-tez əməkdaşlığa dəvət edirlər. Amma özümüzü aldatmamalıyıq. Gömrük İttifaqına doğru istiqamət alandan sonra Qərb bizi dostlarının siyahısından silib. Ermənistan artıq Qərbdə Rusiyanın əyaləti kimi qəbul edilir. Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasi-iqtisadi siyasət ölkənin bu imicinin möhkəmlənməsinə xidmət edir. Amma ən böyük bədbəxtlik ondadır ki, Rusiyanın özü də Ermənistana yatırdığı investisiyaları kəskin azaldıb. Bizim siyasi-iqtisadi tərəfdaş dediyimiz Rusiya Ermənistana yatırdığı investisiyaları 33.6 faiz azaldıb. Ermənistan Rusiya üçün əhəmiyyət kəsb edəndə investisiya yatırırdılar. Artıq Ermənistan siyasi cəhətdən Rusiya üçün əhəmiyyət kəsb etmədiyindən investisiyalaşma minimuma endiriləcək. İndi əsas məsələ Krıma investisiya yatırmaqdır. Deməli, Rusiyanın Krım siyasətinin ən böyük zərbəsini Ermənistan alacaq. Bu, özünü Ermənistana yatırılan investisiya ilə yanaşı, ölkəyə olan pul transfertlərində də göstərəcək. Beləliklə, 2014-cü il Sərkisyanın hakimiyyəti illərinin ən ağır ili olacaq. Ölkənin iqtisadi problemlər içində boğulacağı dəqiqdir. Təbiət də Ermənistanı sevmir. Dondurucu hava kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurub. Kəndlilərin demək olar ki, hamısı məhsulsuz qalıb. Onlar bu mövsüm heç nə qazana bilməyəcəklər, dövlətin isə onlara kompensasiya vermək imkanı yoxdur. Amma Sərkisyan hakimiyyəti yenə də hər şeyin yaxşı olduğu görüntüsünü oynamaqda davam edir. Xalqın bədbəxtliyini və ehtiyacını görmürlər. Elə bilirlər ki, Putin onları bu vəziyyətdən xilas edəcək. Dövlət malını oğurlayanların xalqa kömək etmək fikirləri yoxdur. Nəticədə Ermənistanı birdəfəlik tərk edənlərin sayı daha artaracaq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2019
Prezident Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14.11.2019
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
14.11.2019
Bu gecə Almaniya və Bavariyadan xeyli azərbaycanlı “siyasi mühacir“in deport olunacağı gözlənilir
14.11.2019
Bir qrup şəhid ailəsi və müharibə əlili mənzillə təmin edilib
14.11.2019
Doktoranturaya qəbul qaydalarında dəyişiklik edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
4 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub
5 Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info