Əfqanıstanda prezident seçkiləri nə vəd edir?
Tarix: 02.04.2014 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


Əfqanıstanda prezident seçkilərinə sayılı günlər qalıb. Bu il aprelin 5-də əfqan xalqı yeni prezidentini seçəcək. Bu, ölkə tarixində üçüncü prezident seçkiləri olacaq. Bu seçkinin əvvəlki iki seçkidən fərqi odur ki, ölkə konstitusiyasına görə, hazırkı prezident Hamid Karzai növbəti müddətə seçilə bilməz. Yerli medianın əsas müzakirə obyekti olan namizədlərin debatlarını siravi xalq da maraqla izləyir. Ölkənin müxtəlif bölgələrində görüşlər keçirən namizədlər öz iqtisadi və siyasi proqramlarını açıqlamaqla, xalqın dəstəyinə nail olmağa can atırlar.
Əfqanıstanda budəfəki seçicilərin ən aktiv üzvü, əsasən, gənc nəslin nümayəndələrindən ibarətdir, onlar ölkənin 70 %-ni təşkil edirlər.
Analitiklərə görə, prezident marafonunda doktor Abdul və Əşrəf Qəni Ahmadzai favorit hesab edilirlər. Lakin son iki həftə ərzində prezidentliyə digər namizəd - Zalmay Rəsul də əsas namizəd kimi özünü təsdiq etməyə nail ola bilib.
Qeyd edək ki, Zalmay Rəsul komandasından fərqli olaraq, sonrakı iki namizədin siyasi liderləri xalq arasında ötən əsrin 90-cı illərindəki vətəndaş müharibəsinin əsas günahkarları kimi tanınırlar.
Prezidentlərin seçki kampaniyası zamanı artıq mühüm siyasi sensasiya da qeydə alınıb. Belə ki, ölkədə fəaliyyətdə olan İslam Partiyasının lideri Gulbuddin Hekmatyar prezident seçkilərini boykot etməyəcəyini, əksinə öz namizədliyini irəli sürüb.
Prezident seçkilərinə cəmiyyətin böyük marağını nəzərə alaraq, seçkilərin ikinci turda davam etdiriləcəyi də ehtimal olunur.
Seçki prosesinə müdaxilə etməməyin əhəmiyyəti haqqında bütün danışıqlara rəğmən hazırkı prezident və onun komandası neytral mövqe nümayiş etdirir. Hamid Karzainin on üç illik hakimiyyəti dövrü ölkənin bütün siyasi qərarlarının "Arg" sarayında planlaşdırıldığı aşkara çıxandan sonra, hazırkı seçkinin də istisna olunmadığı ehtimal olunur. Belə ki, seçki kampaniyasının əvvəlində Karzai Əşrəf Qani komandasına dəstək verirdisə, Zalmay Rəsul son iki həftə ərzində sıçrayış edərək önə çıxmasında, məhz Karzainin pərdəarxası fəaliyyətinə minnətdar olmalıdır.
Qeyd edək ki, siyasi kombinasiyalarına görə Karzai Qərb ölkələri və əfqan cəmiyyəti üçün həmişə bir sirr olub. Görünür, hazırkı dövlət rəhbərinin siyasi intriqasını sona qədər açmaq çətin olacaq. Hər halda onun fəaliyyətinə xitam verilənə qədər.
Qeyd etmək lazımdır ki, prezident seçkilərində professor Seyyaf və İsmayıl xanın da komandası mühüm rol oynaya bilər. Təsadüfi deyil ki, hər üç namizəd professor Seyyafın ölkənin "mücahidin orqanı"ndakı rolunu və təsirini anlayır, onun dəstəyini almağa çalışırlar.
Amerika Birləşmiş Ştatları və onun Qərb müttəfiqləri seçkinin elə ilk turda başa çatmasına və Vaşinqtonun Kabillə təhlükəsizlik müqaviləsinin imzalanmasında maraqlıdırlar.
Qeyd etmək lazımdır ki, hər üç namizəd ABŞ və Əfqanıstan arasında müqavilənin imzalanmasının lehinə olduqlarını bəyan ediblər.
Bu arada öz fəaliyyətini genişləndirən taliban hərəkatı bəyan edib ki, onlar nəinki prezident seçkilərini boykot edəcək, hətta aprelin 5-də səsverməni pozmağa çalışacaqlar. Məhz bunları nəzərə alan ölkənin silahlı qüvvələri aprelin 5-də seçki məntəqələrində təhlükəsizlik təmin etmək vədini veriblər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info