“Amerikanın Ukraynaya göndərdiyi ərzaq yardımı internet saytlarında satışa çıxarılıb”
Tarix: 02.04.2014 | Saat: 22:28:00 | E-mail | Çapa göndər


Saymon Şuster: “İnqilaba rəhbərlik edən liderlər də şəxsi varlanma ehtirasının qarşısında təslim olublar”

“Amerika tərəfinin Ukrayna Silahlı Qüvvələri üçün göndərdiyi ərzaq payları artıq internet saytlarında satışa çıxarılıb”. Bu fikirlər “Time” nəşrində çap edilən məqalədə yer alıb. Məqalədə qeyd edilir ki, Qərbin Ukraynaya milyardlarla dollar yardım ayırmağa hazırlaşması fonunda bu fakt ölkədəki korrupsiyanın əsl mənzərəsini əks etdirir.
Müəllif Saymon Şuster yazır: “Ötən həftə kiyevli alverçi Vladimir Belonoq üzərində ABŞ ordusu üçün olduğu qeyd edilən ərzaq paylarını internetdə satışa çıxarıb. O, həmin ərzaq paylarını öz saytı vasitəsilə deyil, hərrac saytları vasitəsilə satır. Həmin ərzaq paylarının üzərində “ABŞ hökumətinin əmlakıdır, kommersiya məqsədi ilə satışı qadağandır” yazılıb. Bu, müşahidə etdiyim ilk fakt deyil. Başqa saytlarda da Amerika hərbi ərzaq paylarının ucuz qiymətə satışı təşkil edilib. Maraqlıdır ki, bu satış elanları Pentaqonun Ukrayna ordusuna yardım ayırmağa başlamasından sonra ortaya çıxıb. Ukrayna Müdafiə Nazirliyinin rəsmisi Aleksey Mazepa and-aman edir ki, Amerika yardımları anbarlardadır və hələ açılmayıb. Ortaya sual çıxır-görəsən, Ukraynanın yeni rəhbərliyi təminat verə bilərmi ki, ABŞ və Avropa İttifaqının yardımları oğurlanmayacaq? Alman ekspert Stefan Mayster bildirir ki, onların bu vəsaitlərin başqa kanallara getməyəcəyinə dair heç bir təminatı yoxdur. Çünki Ukraynadakı sistem dəyişməyib. Oliqarxlar yenə də həlledici postlarda əyləşiblər. İndiki halda Ukraynada situasiya şəffaf deyil. Biz bilmirik ki, Ukraynada kim nəyə cavabdehdir və ya kim qərar qəbul edir. İnqilaba rəhbərlik edən liderlər də şəxsi varlanma ehtirasının qarşısında təslim olublar”.
Anar




 
Bölməyə aid digər xəbərlər
05.12.2020
Ermənistan terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib və aylıq ödənişlər təyin olunub
04.12.2020
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
04.12.2020
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
04.12.2020
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
04.12.2020
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12130

1 Dağlıq Qarabağ və ətraf regionların bərpa olunan enerji resurslarından səmərəli istifadə qarşıda duran əsas prioritetdir - Pərviz Şahbazov
2 Azan sədasında quşların möhtəşəm rəqsi - VİDEO
3 “LUKOYL-Azərbaycan” haqqında yayılan sorğu və kampaniya həqiqət deyil
4 Distant təhsilin müddəti uzadıldı - QƏRAR
5 Laçını ziyarət etmək üçün səbirsizlənirəm...- Sami Yusuf


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info