“Avropa Azərbaycana enerji tərəfdaşı kimi böyük önəm verir”
Tarix: 02.04.2014 | Saat: 22:38:00 | E-mail | Çapa göndər


“Viza prosedurlarının sadələşdirilməsinə dair təkliflər
Azərbaycan vətəndaşları üçün də faydalı ola bilər”

“Avropa Komissiyasının Şengen vizasına dair prosedurların sadələşdirilməsinə dair təklifləri qəbul edilərsə, bu, Azərbaycan vətəndaşları üçün də faydalı ola bilər”. Bunu Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, sadələşdirilmə təklifləri həm turizm, həm də biznes vizası üçün nəzərdə tutulub. Təkliflərə əsasən Şengen vizasının alınması müddətinin 90 gündən bir il müddətinə uzadılması, vizanın 6 ay əvvəldən alınması, Şengen zonasında bir ildən üç ilə kimi deyil, 3 il qalmağı nəzərdə tutur. Səfir bu təkliflərin üzv ölkələr tərəfindən hələ müzakirə olunmadığını söyləyib. Qeyd edək ki, Şengen vizasının sadələşdirilməsi təklifi aprelin 1-də AK tərəfindən irəli sürülüb. Malena Mard qeyd edib ki, təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqlar prosesində görünən nəticə yoxdur: “Avropa Birliyi danışıqların tərəfi deyil, lakin ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”. O bildirib ki, AB-nin “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığına dair hesabatda AB nümayəndələrinin Dağlıq Qarabağ və ətraf ərazilərə səfərlərinə şərait yaradılması tövsiyəsi yer alıb: “Biz Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmamasının AB üçün törətdiyi təhlükəni dərk edirik. Biz insanlar arasında etimad qurulmasında iştirak etmək istəyirik. AB istəyir ki, hər iki tərəf bu situasiyadan uduşlu çıxsın”. Malena Mard onu da qeyd edib ki, Avropa Azərbaycana enerji tərəfdaşı kimi böyük önəm verir: “Biz həmçinin Azərbaycandakı makroiqtisadi sabitlik haqda məlumatlıyıq. Avropa Birliyi bundan sonra da Azərbaycanla bütün sahələrdə əlaqələri inkişaf etdirmək niyyətindədir. Bu açıq dialoqa əsaslanmalıdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Türkiyənin keçmiş Baş Qərargah rəisi vəfat edib
21.11.2019
Gürcüstanda ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb
21.11.2019
Ər-Riyad ABŞ-ın İrana qarşı sanksiyaların bərpasını alqışlayır
21.11.2019
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
20.11.2019
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Bölgə müəllimləri yeni layihələr reallaşdırırlar
2 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
3 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
4 Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin rəsmi açılışı olub
5 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info