Kəlbəcər sakinləri BMT Təhlükəsizlik Şurasına müraciəti edib
Tarix: 02.04.2014 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


Dövlət Gənc Tamaşaçılar Teatrında Kəlbəcər rayonunun işğalının 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Əəvvəlcə mərasim iştirakçıları binanın foyesində Kəlbəcərlə bağlı hazırlanmış stendlərə və Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarına baxıblar.
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov “Kəlbəcər: Ermənistanın işğal etdiyi cənnətimiz” adlı məlumat kitabını təqdim edib. Kitabda Kəlbəcər, rayonun tarixi abidələri, maddi-mədəni nümunələri, inzibati əraziləri, Ermənistanın hərbi təcavüzünün nəticələri və digər məlumatlar yer alıb. A.Məmmədov bildirib ki, 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan tərəfindən işğalı zamanı dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb. İşğal zamanı 511 nəfər şəhid olmuş, yüzlərlə insan girov götürülüb.
Bildirilib ki, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb edilir. Lakin indiyədək həmin qətnamədən irəli gələn öhdəlik yerinə yetirilməyib. Sonra “Kəlbəcər: Təbiətin möcüzəsi” adlı film nümayiş olunub.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək bildirib ki, bu gün ölkəmizin kifayət qədər güclü ordusu var. Prezidentin əmri ilə ordumuz hər an torpaqlarımızı azad edə bilər. Lakin Azərbaycan Prezidenti yenidən qan tökülməsini istəmədiyindən sülhə üstünlük verir. Əgər Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyini davam etdirərsə, dövlətimizin başçısı öz göstərişi ilə torpaqlarımızın azad olunması yolunu müəyyənləşdirəcək.
Komitə sədri, həmçinin ölkəmizdə qaçqınlara və məcburi köçkünlərə, eləcə də kəlbəcərlilərə dövlət qayğısından danışıb. Bildirilib ki, bu qəbildən olan insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb və bu proses davam edir.
Əli Həsənov gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyinə toxunaraq bildirib ki, bu proses ailədən, məktəbdən başlamalıdır.
Baş nazirin müavini əminliklə bildirib ki, Azərbaycan bir gün mütləq öz ərazi bütövlüyünü təmin edəcək. Tədbirdə Kəlbəcər rayon ictimaiyyəti nümayəndələrinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına müraciəti qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
“Qarabağ” ordeninin statutu müəyyənləşib
01.12.2020
“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi
01.12.2020
Vətən Müharibəsində qələbə münasibətilə orden və medallar təsis edilib - FƏRMAN
01.12.2020
Azərbaycan Respublikasının “Zəfər” ordeninin statusu müəyyənləşib
01.12.2020
Ermənilər Laçını bizə talan edilmiş vəziyyətdə qoyub gediblər - Laçınlı professor

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12008

1 “Ezo gəlin” şorbası necə bişirilir?
2 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
3 Strakonikeia Antik şəhərində mifoloji maskalar aşkar edilib
4 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
5 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info