“Azərbaycan Polşa üçün çox vacib və ehtiyac duyulan tərəfdaşdır”
Tarix: 02.04.2014 | Saat: 22:54:00 | E-mail | Çapa göndər


Polşa Respublikası Baş nazirinin müavini və iqtisadiyyat naziri, İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Polşa Hökumətlərarası Komissiyasının həmsədri Yanuş Pexoçinski bildirib ki, Azərbaycan Polşa üçün çox vacib və ehtiyac duyulan tərəfdaşdır: “Polşa ilə Azərbaycan arasında ənənəvi xoş münasibətlər bütün səviyyələrdə davam edir.
Bu gün Azərbaycan Polşa üçün çox vacib və ehtiyac duyulan tərəfdaşdır, çünki Azərbaycan regionda əməkdaşlıq körpüsüdür. Biz Azərbaycana və onun iqtisadiyyatına inanırıq. Biz Azərbaycanı Polşanın mühüm tərəfdaşı hesab edirik, ona böyük ümid bəsləyirik. Xüsusən energetika və kimya sektorlarında fəaliyyət göstərən Polşa firmaları Azərbaycana təkcə xammal ixracatçısı kimi baxmırlar, onlar bu əməkdaşlığı genişləndirmək, sərmayə qoyuluşunu yeni səviyyəyə çatdırmaq, sizin xammalın emalında iştirak etmək istəyirlər. Bu sahə bizim gələcək əməkdaşlığımızın çox maraqlı aspekti ola bilər”.
Nazir bildirib ki, son bir ildə ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi 20 faiz artaraq 153 milyon ABŞ dollarına çatıb. Polşadan Azərbaycana ixracın həcmi 8,6 faiz artaraq 130 milyon dollara, Azərbaycandan Polşaya idxalın həcmi isə 4,5 faiz artaraq 20 milyon dollara çatıb: “Biz istərdik ki, Azərbaycan malları Avropaya Polşa ərazisindən keçməklə daşınsın”. Nazir öz ölkəsinin Polşa-Azərbaycan iqtisadi forumuna hazırlaşdığını bildirib: “Biz energetika, kənd təsərrüfatı, nəqliyyat, ətraf mühitin qorunması, bank və maliyyə işi, turizm, gənclərin mübadiləsi sahələrində əməkdaşlığı genişləndirmək istəyirik. Bilirik ki, bu gün Azərbaycan böyük bir tikinti meydançasını xatırladır. İnfrastruktur obyektləri, dəmir yolları təzələnir. Biz Azərbaycan vasitəsilə Fars körfəzi ölkələri ilə birbaşa əlaqə yaratmaq üçün Azərbaycan dəmiryolunu İran dəmiryolları ilə birləşdirmək istəyirik. Azərbaycan, Qazaxıstan və Ukrayna dəmiryollarını Avropa ilə birləşdirmək yaxşı olardı. Polşadan Çinə hər həftə iki qatar yola düşür. Dəmiryol nəqliyyatının böyük gələcəyi var. Dəmiryol avadanlıqları və avtobus istehsalı ilə məşğul olan Polşa firmaları Azərbaycan bazarı ilə ciddi maraqlanırlar. Onlar Azərbaycanda öz ofislərini açmağa hazırdırlar”.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info