“ABŞ-da ermənilərin lobbi fəaliyyəti yox dərəcəsindədir”
Tarix: 02.04.2014 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


“Əgər, normal lobbi fəaliyyəti olsaydı, indiyə qədər Vaşinqtonda Soyqırımı Muzeyinin açılmasına nail olardıq,
erməni lobbisinin təkcə Konqresdə yox, icraedici orqanların gözündə də
siyasi çəkisi, nüfuzu olardı”
Vaşinqtonda yaşayan beynəlxalq məsələlər üzrə ekspert Armen Xarazyan “Birinci İnformasiya”ya açıqlamasında Ermənistanın Krım referendumu ilə bağlı BMT-də keçirilən səsvermədə tutduğu mövqeyi dəyərləndirib. Ekspert bildirib ki, Ermənistan səsvermədə özünü savadsız şəkildə aparıb:
“Bu cür məsələlərlə bağlı keçirilən səsvermələr Ermənistanın maraqlarına uyğun deyil. Bəziləri deyir ki, bu məsələ Amerikadakı erməni lobbi təşkilatlarının işinə də zərbə vuracaq. Amma açıq deyim ki, ABŞ-da əslində erməni lobbi fəaliyyəti yox dərəcəsindədir. Yarımçıq təşkilatlanmış, dağınıq vəziyyətdə olan qruplar var ki, onların əsas işi “soyqırımı” məsələsi ilə bağlı təbliğat işinin arxasınca qaçmaqdır. Onların işinin dairəsi bundan ibarətdir. Lobbi təşkilatlarının bu istiqamətdəki fəaliyyətində əldə etdikləri uğurlar müvəqqəti xarakter daşıyır və uzunmüddətli, qalıcı uğura çevrilmir. Yəni, onların “erməni soyqırımı”nı tanıtmaq istiqamətindəki işi plansız, natamamdır. Əgər, normal lobbi fəaliyyəti olsaydı, indiyə qədər Vaşinqtonda Soyqırımı Muzeyinin açılmasına nail olardıq, erməni lobbisinin təkcə Konqresdə yox, icraedici orqanların gözündə də siyasi çəkisi, nüfuzu olardı”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Federika Moqerini 15 İyul Demokratiya vә Milli Birlik Günü ilә әlaqәdar açıqlama verib
16.07.2019
Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
15.07.2019
Türkiyədə son üç il ərzində terror təşkilatlarına qarşı 324 min 243 əməliyyat keçirilib
15.07.2019
Filippin təşvişdə - Qorxulu xəstəlikdən ölənlərin sayı artır
15.07.2019
Tanınmış idmançıların olduğu təyyarə qəzaya uğradı - Çox sayda ölü var: VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info