“Biz gənc könüllülərik” layihəsi başa çatdı
Tarix: 03.04.2014 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi IV qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Kərimova Səbinə Vaqif qızının Fondun dəstəyi ilə Bakı şəhərində həyata keçirdiyi “Biz gənc könüllülərik” layihəsi başa çatıb.
Layihənin keçirilməsində əsas məqsəd Bakı şəhərində yerləşən ali və orta ümumtəhsil məktəblərində təhsil alan gənclər arasında könüllülərin hazırlanması və könüllük hərəkatının təbliğidir.
Layihə rəhbəri Səbinə Kərimova bildirib: ”Layihə Bakı şəhərində yaşayan və təhsil alan gənclər arasında keçirilmişdir. Bakı şəhərində yerləşən ali və orta ümumtəhsil məktəblərində tələbələr və yuxarı sinif şagirdləri arasından könüllülər qrupları formalaşdırılmışdır. Formalaşmış könüllü qruplarının yerli təşkilatlardakı fəaliyyətlə tanışlığı və onların ictimai işlərə cəlb edilməsi sahəsində təlimlər keçirilmişdir. Benefisiarların sayı 100 nəfəri təşkil etmişdir. Təlimlər “Könüllülük haqqında məlumat”, “Könüllülük hərəkatının əsas üstünlükləri”, “Könüllülüyün cəmiyyətə töhfəsi”, “Ümumkönüllü bəyannaməsi”, “Könüllülü olmağın yolları”, “Könüllülüyün şəxsi karyera inkişafında rolu”, “Könüllülərin seçim prinsipləri”, “Könüllülərin vəzifəsi və statusu” kimi mözvuları əhatə etmişdir.
İnanırıq ki, “Biz gənc könüllülərik” layihəsində iştirak edən fəal gənclər yerli QHT və digər təşkilatlarda ilkin olaraq könüllü kimi, gələcəkdə isə layihə və proqramlara işçi kimi cəlb olunacaqlar. Biz belə fəal gənclərin müvafiq təlimlərə və tədbirlərə cəlb edilməsi, aidiyyatı beynəlxalq və yerli təşkilatların işlərində iştirak etməsinə çalışacağıq.”
Qorqud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info