Mina problemləri ilə mübarizə dair tədbirlər keçiriləcək
Tarix: 03.04.2014 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə bağlı Azərbaycanda tədbirlər keçiriləcək.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən verilən məlumata görə, 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilk dəfə 2006-cı ildə BMT Baş Assambleyasında elan edilib və hər il qeyd olunur. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, dövlətlər tərəfindən mina və digər müharibə qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və tərəqqiyə ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin daima davam etdirilməsinə çağırır.
Bu günü qeyd etmək məqsədi ilə Agentliyin fəaliyyət göstərdiyi Tərtər, Ağcabədi, Ağstafa, Füzuli, Göygöl rayonlarında Mina Təhlükəsinə dair Maarifləndirmə mövzusunda məktəblərin pedaqoji və şagird kollektivi, yerlərdə mina və partlamamış hərbi sursatlardan zərərçəkmişlərlə görüşlərin keçirilməsi, o cümlədən əhalinin müxtəlif kateqoriyaları, eyni zamanda cəbhə xətti və sərhədyanı rayonlarda fəaliyyət göstərən beynəlxalq və milli qeyri-hökumət təşkilatlarının iştirakı ilə tədbirlərin təşkili, eləcə də xəbərdarlıq bilbordlarının basdırılması, ağac əkmə kompaniyasında iştirak və s. tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2014-cü ilin fevral ayına olan məlumata görə, indiyədək Azərbaycanda cəmi 250,409,799 kvadrat metr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689,052-dür.
Hazırda əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, eləcə də 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Füzuli, Gəncə, Qəbələ, Xocavənd, Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
“Bizim həyət”: abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
18.02.2019
Sahil Babayev Sabirabad rayonunda 4 şəhər və rayonun sakinləri ilə görüşəcək
18.02.2019
Yaxın günlərdə Azərbaycanda ilk “DOST” mərkəzi açılacaq
18.02.2019
“ASAN xidmət”in səyyar avtobusunun növbəti dayanacağı Biləsuvar olub
18.02.2019
Bu günədək 3758 şəhid üzrə 5144 vərəsəyə birdəfəlik ödəmə verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10601

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info