Aİ Azərbaycanda müasir standartlaşdırma sistemlərinin inkişafını dəstəkləyəcək
Tarix: 03.04.2014 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı (Aİ) Azərbaycan hökumətinə müasir standartlaşdırma sistemlərinin inkişafı və texniki tənzimləməsinə 1,2 milyon avro məbləğində vəsait ayıracaq. Bu barədə Bakıda müvafiq tvininq-layihənin təqdimatı zamanı Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard bildirib.
Onun sözlərinə görə, tvininiq-layihələr Avropa bilik və təcrübələrinin azərbaycanlı həmkarlara verilməsində səmərəli alət olub. 2007-2013-cü illərdə Aİ ilə əməkdaşlığın bu aləti vasitəsilə Azərbaycana 45 milyon manat vəsait ayrılıb.
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov qeyd edib ki, layihə standartlaşdırma sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, texniki komitələrin fəaliyyətinin gücləndirilməsi və onların beynəlxalq təşkilatların fəaliyyətinə daha sıx cəlb edilməsi, dövlət standartlarının fondu və standartların onlayn satış sistemləri əsasında məlumat bazasının yaradılması kimi komponentləri özündə birləşdirir.
Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq və Fransa səfirliyinin iqtisadiyyat üzrə katibi Herv Sarnelli çıxışları zamanı layihənin vacibliyindən danışıblar. Avropa Komissiyasının Sənaye üzrə Baş direktorluğunun məsləhətçisi Norbert Anselman isə layihənin detallarını açıqlayıb.
Layihənin Avropa tərəfdən iştirakçıları Böyük Britaniya, Fransa və Sloveniyanın Standartlaşdırma institutlarıdır. Layihə iki il ərzində reallaşdırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
02.06.2020
Milli Məclisdə Kanada parlamentarisinin Dağlıq Qarabağa qanunsuz səfəri pislənildi
02.06.2020
Kevin Hern Azərbaycanın Respublika günü ilə bağlı bəyanat verib
01.06.2020
Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bu bankın rəhbərləri arasında videokonfrans keçirilib
01.06.2020
ABŞ-ın Nebraska ştatının qubernatoru Azərabycan Günü elan edib
31.05.2020
Azərbaycan dünyada iqtisadi, siyasi və hərbi cəhətdən regionun ən qüdrətli dövləti kimi qəbul edilir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərbaycanda daxili turizmin 2025-ci ilə qədər inkişaf perspektivləri”
2 Azərbaycan filminə ABŞ-dan sponsorluq təklifi gəldi -VIDEO
3 Yaponiya turistlərə gündəlik 185 dollar verəcək
4 Badımcan sırdağı - VİDEO
5 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info