ARDNŞ-də olimpiada iştirakçıları ilə görüş keçirilib
Tarix: 03.04.2014 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Baş ofisində ``İNEPO-AVRASİYA`` Ətraf Mühitin Mühafizəsi VIII Beynəlxalq Layihə Olimpiadasının xarici ölkələrdən gəlmiş iştirakçıları ilə görüş olub. İştirakçıları ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin adından səmimi salamlayan ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə artıq ənənəvi olaraq keçirilən Beynəlxalq Bakı olimpiadasının iştirakçı sıralarının ilbəil artdığını qeyd edib. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə geniş vüsət almış ekoloji hərakatın uğurlarından söz açan R. Hüseynzadə ARDNŞ-nin bu sahədə həyata keçirdiyi genişmiqyaslı tədbirləri haqda məlumat verib. O, şamda yandırılan səmt qazının həcminin əsaslı şəkildə azaldıldığını xüsusi vurğulayıb, Abşeron yarımadasının neftlə çirklənmiş ərazilərində intensiv rekultivasiya və yaşıllaşdırma işlərinin həyata keçirildiyini qeyd edib. R. Hüseynzadə tədbir iştirakçılarına uğurlar arzulayıb. Tədbirdə
qeyd olunub ki, "İNEPO-AVRASİYA`` Ətraf Mühitin Mühafizəsi VIII Beynəlxalq Layihə Olimpiadasına 50 xarici ölkənin məktəbli komandası tərəfindən təqdim olunmuş 425 layihədən 58-i, Azərbaycanın 180 orta məktəbindən təqdim olunmuş 214 layihədən 62-si sonuncu tura qəbul edilib. Bu il xarici məktəblilərin daha 62 tanıtım layihəsi müsabiqədənkənar təqdim ediləcək. Daha sonra tədbir iştirakçılarını bir-birindən maraqlı ziyarətlər gözlədiyini vurğulayan Rəfiqə xanım bildirib: "Siz Heydər Əliyev Mərkəzini, Heydər Əliyev Fondunu, Bayraq Meydanını, eləcə də paytaxtımızın digər tarixi məkanlarında olacaqsınız. Baş çəkəcəyiniz hər bir məkan sizə xoş anlar yaşadacaq. Bakının Qala kəndində yerləşən Ekoparkda ağac əkəcəksiniz. Onların üzərinə adlarınız yazılacaq lövhələr asacaqsınız. Bir zaman yolunuz bu məmləkətə düşəndə onlara baş çəkə biləcəksiniz".
Görüşdə xarici ölkələrdən gəlmiş məktəblilər səmimi görüş üçün minnətdarlıqlarını bildirməklə yanaşı, Azərbaycanla ilk tanışlıqdan aldıqları xoş təəssüratlardan danışıblar. Onlar R. Hüseynzadəyə simvolik hədiyyələr təqdim ediblər, xatirə şəkilləri çəkdiriblər. Sonda Olimpiada iştirakçılarına ARDNŞ-nin xatirə hədiyyələri də təqdim olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info