Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin mütəxəssisləri Naxçıvana ezam olunublar
Tarix: 03.04.2014 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) “Naxçıvan Dövlət Universiteti (NDU) üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsi çərçivəsində ezam etdiyi koreyalı mütəxəssislərdən ibarət qrup martın 31–dən Azərbaycandadır.
NDU-dan bildiriblər ki, aprelin 18-dək davam edəcək ezamiyyətin məqsədi sistem tələblərinin təhlilini aparmaq, universitet təhsil sisteminin yaradılması ilə bağlı ilkin işləri görməkdir.
NDU-nun rektoru, professor Saleh Məhərrəmovun və KOICA-nın Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun Sukun başçılıq etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə hər iki tərəfdən mütəxəssislər də iştirak etmişlər. Rektor koreyalı ekspertlərin yanvar ayındakı ilk ezamiyyətindən sonra görülmüş işlər barədə danışıb və layihə çərçivəsində dost ölkədən müasir texnologiya, avadanlıq və nou-hau alınacağına ümid bəslədiyini bildirib.
Öz növbəsində, xanım Kim NDU tərəfindən görülmüş işləri yüksək qiymətləndirmiş və KOICA-nın layihənin səmərəli icrasını sürətləndirmək üçün əlindən gələni edəcəyini söyləyib. O, həmçinin növbəti üç həftə ərzində Azərbaycan və Koreya mütəxəssisləri arasında müzakirələrin davam edəcəyini bildirib.
İclaslar zamanı Koreya tərəfi sistemin təqdimatını həyata keçirib, onun əsas funksiyalarını izah etmiş, bu sahədə Koreya Respublikasının qabaqcıl təcrübəsi əsasında informasiya sistemi ilə bağlı təlimatlar verib və NDU-nun mütəxəssislərinin suallarını cavablandırıb.
Diqqətə çatdırılıb ki, təhsil informasiya sistemi Naxçıvan Dövlət Universitetinin cari iş prosesi və gələcək planlarına uyğun şəkildə yaradılacaq.
Üç həftəlik ezamiyyət dövründə tərəflər təhsil idarəetmə sistemi, elektron təhsil, veb-portal, avadanlıqlar da daxil olmaqla layihə komponentləri barədə müzakirə aparacaqlar.
“Naxçıvan Dövlət Universiteti üçün elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” 3,5 milyon ABŞ dolları dəyərində büdcəyə malik 24 aylıq layihədir. Bu layihə idarəçilik işlərində səmərəliliyin artırılması və tələbələr üçün onlayn təhsil xidmətinin göstərilməsi üçün portal, distant təhsil, akademik işlər, elektron kitabxana və s. daxil olan elektron təhsil şəbəkəsinin yaradılmasını, müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlıqlarının yaradılması ilə rəqəmsal multimedia infrastrukturunun təkmilləşdirilməsini, Koreya texnologiyasının nou-hausu və inkişaf təcrübəsinin bölüşülməsi ilə Azərbaycanda insan resurslarının inkişafına töhfə verilməsi və İKT-nin gücləndirilməsinin təşviq edilməsini nəzərdə tutur.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info