Rusiya Duması vətəndaşların sadələşdirilmiş ekstradisiya haqqında çoxdan bəri gözlənilən qanunu ilk oxunuşda qəbul edib. Bundan sonra rus dilində sərbəst danışa bilən hər kəs Rusiya vətəndaşı ola bilər. Söhbət rus dili daşıyıcılarından gedir və bu fakt müsahibə zamanı xüsusi komissiya tərəfindən yoxlanılacaq.
Rusiya vətəndaşlığına qəbul olmaq istəyən şəxs ya Rusiya Federasiyasının, ya da Sovet İttifaqının ərazisində yaşamış olmalıdır. Bundan əlavə, Rusiya vətəndaşlığı almaq üçün müraciət edən vətəndaşın Sovetlər İttifaqında və Rusiya imperiyasına məxsus torpaqlarda yaşayan hər şansı şəxslə yaxın qohumluq əlaqəsi olubsa, onlar da Rusiya vətəndaşlığı ala bilərlər.
Bunları Rusiya Dumasının sədri Sergey Narışkin bildirib.
Duma Rusiya vətəndaşlığı almaq üçün Rusiyaya gələn şəxslərin güzəştli qalmasını təmin edən müddəalara da düzəlişlər edib. Vətəndaşlıq qəbul etmək istəyən şəxs üçün sərgilənən şərtlərdən ən önəmlisi həmin şəxsin xarici vətəndaşlıqdan imtina etməsidir.
Səciyyəvidir ki, ikinci vətəndaşlığını gizləməyə çalışanlara 200,000 rubl cərimə tətbiq etmək planlaşdırılır. Bununla yanaşı, Rusiya vətəndaşlığı üçün müraciətlərə baxılma müddəti qısaldılıb. Bundan sonra bu prosedur üç aydan çox olmayacaq. Bundan əlavə, Rusiya vətəndaşlığını könüllü qəbul etmək istəyənlərin Rusiya ərazilərinə köçürülməsi üçün imtiyazlar da planlaşdırılır.
Qeyd edək ki, yeni qanun hələ senatda təsdiq olunmamış və prezident tərəfindən imzalanmamış Dumada geniş müzakirələrə səbəb olub.
İddia edilir ki, Rusiya ərazisində 11 milyondan artıq qeyri-qanuni mühacir yaşayır. Dumanın bəzi səlahiyyətliləri onların da asanlıqla Rusiya pasportlarını əldə edə biləcəklərindən narahatlıqlarını gizlətməyiblər.
Ağasəf Babayev
|