31 Mart soyqırımı ilə bağlı yeni sayt fəaliyyətə başlayıb
Tarix: 03.04.2014 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


1918-ci il 31 Mart soyqırımı ilə bağlı yeni saytın (“1918pogroms.com”) təqdimat mərasimi keçirilib.
Saytın təsisçisi olan “Hacızadə” şirkətinin baş direktoru Əli Hacızadə bildirib ki, sayt 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının azərbaycanlılara qarşı zorakılığın və talanların araşdırılması məqsədilə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında hazırlanıb: “Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Saytda həmçinin tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin elmi əsərlərindən də istifadə olunub. Sayt xalqımıza qarşı törədilmiş soyqırımın dünyaya çatdırılması istiqamətində çox böyük əhəmiyyətə malikdir. Burada mart hadisələrinə aid tarixi faktlar, fotolar, şahid ifadələri əksini tapıb”. Tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi çıxışında deyib ki, sayt komissiyanın soyqırımla bağlı bütün sənədləri dünya ictimaiyyətinə təqdim etməklə, tarixi missiyanı başa çatdırır: “Yəni 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının görə bilmədiyi işi, bu gün Azərbaycan dövləti orqanları və gənclər həyata keçirir. Hesab edirəm ki, bu saytın yaradılması Azərbaycanın uğurudur”. Millət vəkili Musa Qasımlı və tədbirin digər iştirakçıları saytın tarixi həqiqətlərin üzə çıxarılmasında böyük əhəmiyyətə malik olduğunu qeyd ediblər.




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Bakının Baş Planı ilə bağlı layihə tamamlanmaq üzrədir
23.05.2019
Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu təmir olunur
23.05.2019
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki Nəqliyyat Qovşağında məlumat lövhələri quraşdırılıb
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info