Polşanın şirkəti “Baku White City” layihəsində iştirak etmək istəyir
Tarix: 03.04.2014 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Mariuş Ruts: “Sürətlə inkişaf edən Azərbaycan bizim üçün çox maraqlı ölkədir və biz
burada işləmək niyyətindəyik”
“Polşanın arxitektura şirkəti Sumqayıt stadionunun yenidən qurulması barədə qərarı gözləyir”. Bu barədə şirkət sədrinin müavini Mariuş Ruts məlumat verib. O bildirib ki, stadionun “ASK Architekci Sp.z o.o.” tərəfindən yenidən qurulması ilə bağlı niyyət memorandumu artıq imzalanıb, layihənin konsepsiyası da hazırdır.
Stadionun, bütövlükdə 40 min nəfər üçün nəzərdə tutulsa da, birinci mərhələdə 15 min tamaşaçı qəbul edə biləcəyini bildirən Mariuş Ruts deyib: “Ötən əsrin 50-60-cı illərində inşa edilmiş stadionun görkəmini tamamilə dəyişdirəcəyik. Tribunalar müasir standartlara cavab vermədiyi üçün yığışdırılacaq.
Sürətlə inkişaf edən Azərbaycan bizim üçün çox maraqlı ölkədir və biz burada işləmək, ofis binalarının, aeroportların, ticarət mərkəzlərinin, stadionların layihələndirilməsində iştirak etmək niyyətindəyik. Biz, Almaniyada təcrübə toplamışıq”.
Varşavada milli stadionun, bir çox ofis binalarının layihəçisi olan şirkətin fəaliyyət sahəsi baş proyektant qismində tam layihə xidməti göstərmək, arxitektura planlaşdırması, layihənin idarə olunması, interyer layihələri, idman obyektlərinin, əyləncə tədbirləri üçün meydanların, aeroport terminallarının, ofis binalarının, ticarət qalereyalarının layihələndirilməsi və s.dir.
Mariuş Ruts jurnalistlərlə söhbətində onu da bildirib ki, şirkət “Baku White City” layihəsində iştirak etmək hüququ əldə edəcəyinə ümid bəsləyir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info