36 minə yaxın Şamaxı sakini tibbi müayinədən keçib
Tarix: 03.04.2014 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Şamaxı Rayon İcra Hakimiyyəti başçısının yanında şuranın iclası keçirilib. “Azadinform” xəbər verir ki, iclas Prezidentin tapşırığı ilə 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi məsələsinə həsr olunub. İclasda şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, Başçının dairə üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev gündəlikdəki məsələ ilə əlaqədar geniş məlumat verib, bu sahədə qarşıda duran vəzifələri müəyyən edib. Fevralın 17-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin verdiyi tapşırığın xalqımızın sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının təzahürü olduğunu vurğulayan Asif Ağayev bu diqqət və qayğının şamaxılılar tərəfindən razılıq hissi ilə qarşılandığını qeyd edib. A.Ağayev son illərdə respublikamızda geden sürətli iqtisadi inkişafın bütün sahələrə, o cümlədən səhiyyənin inkişafına əsaslı təkan verdiyinə diqqəti cəlb edib, dövlətimizin başçısı tərəfindən göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan səhiyyəsinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu söyləyib. İcra başçısı Prezident İlham Əliyevin müəyyən etdiyi proqramların ölkə vətəndaşları üçün sağlam həyat tərzinin yaradılmasına xidmət etdiyini bildirib, uşaqların yüksək səviyyədə tibbi xidmətlə əhatə olunduğunu xüsusi vurğulayıb. A.Ağayev aksiya çərçivəsində indiyədək 36 minə yaxın rayon sakininin tibbi müayinədən keçirildiyini, onlardan 4 minə yaxınının ambulator, 90 nəfərin isə stasionar müalicəyə cəlb olunduğunu, 145 nəfərin isə Bakı şəhərinə göndərildiyini söyləyib.
İclasda Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova, rayon Mərkəzi xəstəxanasının Baş həkimi Elxan Məmmədov, Şamaxı Müalicə-Diaqnostika Mərkəzinin Baş həkimi Vəlixan Qarayev və başqaları çıxış edərək əhalinin tibbi müayinədən keçirilməsinin vacibliyindən danışıb, bu mühüm aksiyanın reallaşmasına göstərdiyi diqqət və qayğıya görə Prezidentə minnətdarlıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
“Azərişıq” şagirdlər üçün ekskursiya təşkil edib
18.06.2019
Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb
17.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb
17.06.2019
Leyla Əliyeva Neftçaladakı Xıllı nərə balıqartırma zavodunda yetişdirilmiş körpə nərə balıqlarının Xəzərə buraxılması mərasimində iştirak edib
17.06.2019
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisovla görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info