Dindarların maarifləndirilməsi üçün xüsusi kurslar təşkil ediləcək
Tarix: 03.04.2014 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə respublikanın şimal bölgəsində olub. QMİ-nin sədrinin bölgəyə səfəri Quba rayonundan başlanıb. Şeyxülislam Allahşükür Paşazadə Qubadakı Hacı Cəfər məscidini ziyarət edib. Buradakı dini icmanın nümayəndələri ilə görüşdən sonra məscidin təmiri üçün 10 min manat yardım ayrılıb və müxtəlif dini ədəbiyyatlar təqdim olunub. Sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və dindarların iştirakı ilə müşavirə keçirilib.
Müşavirədə Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunmasının beynəlxalq hüquqi normalara uyğun olduğunu qeyd edib. Bildirilib ki, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması, təhrikçi dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində bir sıra işlər həyata keçirilir. Görülən tədbirlərin əhali tərəfindən razılıqla qarşılandığı, dindarların maarifləndirilməsi ilə bağlı belə görüşlərin əhəmiyyəti vurğulanıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə görüşdə çıxış edərək Azərbaycanda mövcud dini durum barədə danışıb. Müstəqillik illərində Azərbaycanda dinə və dini icmaların fəaliyyətinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayan şeyxülislam hazırda ölkəmizdə 2 minə yaxın məscidin fəaliyyət göstərdiyini, onlarla məscidin bərpa olunduğunu, yeni ibadətgah yerlərinin yaradıldığını diqqətə çatdırıb. Vətəndaşlarımızın Prezidentin yürütdüyü siyasətdən, dini dəyərlərə olan ehtiramından razılıqları xüsusi vurğulanıb. QMİ-nin sədri bildirib ki, Azərbaycandakı sabitlik bəzi qüvvələri, bədxahlarımızı ciddi narahat edir. Onlar qarışıqlıq yaratmaq üçün din amilindən istifadə edirlər. Lakin belə qüvvələr bilməlidirlər ki, Azərbaycanda heç vaxt məqsədlərinə çata bilməyəcəklər.
QMİ sədri deyub ki, bəzi qüvvələrin tolerantlığımıza, bərabərliyimizə, din-dövlət münasibətlərinə zərbə vurmaq, eyni zamanda dövlətimizi zəiflətmək və dövlətə mənəvi cəhətdən təcavüz etmək imkanlarının yarandığıı hiss edilir. QMİ sədri Suriyaya döyüşməyə gedənlər haqqında da danışıb. O bildirib ki, torpaqlarımızın işğal altında olduğu bir vaxtda bəzi vətəndaşlarımızın səsi Suriyadan gəlir: “Onların orda qanları axıdılır. Bəzən onları şəhid adlandırırlar. Bu düzgün deyil. Din adamı öncə öz ailəsini və torpağını qorumalıdır”. A. Paşazadə Azərbaycan Respublikasının qanunlarına əməl etməyən dindarlara qarşı birgə mübarizə aparmağın vacibliyini bildirib.
Görüşdə akademik Vasim Məmmədəliyev çıxış edərək dindarların maarifləndirilməsinin vacibliyindən söz açıb, bu cür tədbirlərin əhəmiyyətindən danışıb. Sonra jurnalistlərə müsahibə verən şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dindarların maarifləndirilməsi üçün tədbirlər bundan sonra daha da geniş vüsət alacaq. Bu səbəbdən dini icma üzvləri üçün xüsusi kursların təşkili nəzərdə tutulub. Bundan əlavə, sağlam dini ədəbiyyatın artırılması və icmalara təqdim olunması işi sürətləndiriləcək. Respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən şəxslər Qusar və Xaçmaz rayonlarında da olub, şəhər məscidlərində yerli dindarlarla görüşüb, məscidlərin imamlarına, dini icmaların rəhbərlərinə tövsiyə və tapşırıqlarını veriblər.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info