Azərbaycanla Stavropol diyarı arasında ticarət dövriyyəsi 3 dəfə artıb
Tarix: 03.04.2014 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Andrey Murqa: “Stavropol bütün Azərbaycan şirkətləri üçün açıqdır və buradakı iş adamlarını bu diyara sərmayə yatırmağa dəvət edirik”
Azərbaycan- Rusiya biznes forumu baş tutub. Biznes forum Rusiyanın Stavropol diyarı hökumətinin sədr müavini Andrey Murqanın rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.
İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi Fondunun təşkilatçılığı ilə baş tutan biznes forumda rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən kənd təsərrüfatı, tikinti, təhsil, maliyyə, turizm və s. sahələri əhatə edən 170-ə yaxın iş adamı iştirak edib. Azərbaycan iqtisadiyyat və sənaye nazirinin müavini Sahil Babayevin sözlərinə görə, son 4 ilə qədər Azərbaycan və Rusiyanın regionları arasında ümumilikdə 16 bu cür işgüzar görüş, sərgi və biznes forumlar keçirilib.

Son 10 ildə Azərbaycandan
Rusiyaya 1 milyard dollardan
artıq investisiya yatırılıb

O bildirib ki, bu gün iki ölkə arasında iqtisadi-siyasi əlaqələr olduqca yüksəkdir: “Azərbaycanda 570 Rusiya investisiyalı şirkət fəaliyyət göstərir. Ötən il Azərbaycandan Rusiyaya 628,4 mln. dollar investisiya yatırılıb. Son 10 ildə Azərbaycandan Rusiyaya yatırılmış ümumi investisiyaların həcmi 1 mlrd. dollardan artıqdır”. S. Babayev vurğulayıb ki, bu əməkdaşlığı genişləndirmək üçün geniş imkanlar var: “Bu gün keçirilən biznes forum da Azərbaycan ilə Rusiya regionları arasında iqtisadi əlaqələri genişləndirmək üçün atılan növbəti addımdır. Azərbaycan Rusiyanın iqtisadi əlaqələrinin daha da genişləndirilməsi istiqamətində öz töhfəsini verəcək”. A. Murqa bildirib ki, Stavropolla Azərbaycanı bir çox yaxın əlaqələr birləşdirir. Onun sözlərinə görə, Azərbaycan Stavropol diyarı üçün ilk ixrac bazarı olan tərəfdaşdır: “Azərbaycan Stavropol üçün ixrac etdiyi məhsulların siyahısında lider ölkədir. Bu gün diyarımızdan Azərbaycan qarğıdalı, buğda ixracı daha çoxluq təşkil edir. Bunun nəticəsində Stavropolla Azərbaycan arasındakı ticarət dövriyyəsi 3 dəfə artaraq ötən il 200 mln. dollar təşkil edib”.

Stavropol vilayəti
buğda ixracı təklif edir


A. Murqa qeyd edib ki, Azərbaycanın illik buğda təlabatı 1 mln ton təşkil edir: “Stavropol vilayəti isə ildə 3 mln. ton buğda ixrac etmək gücündədir. Biz bunu Azərbaycan üçün həyata keçirməyə hazırıq. Bundan başqa, Stavropol Azərbaycana dənli bitkilər, yağ istehsalı üçün yağlar və digər kənd təsərrüfatı məhsulları ixrac edə bilər”. O bildirib ki, Stavropol vilayəti Azərbaycanla turizm sahəsində əməkdaşlıq etməyə hazırdır: “Bu gün Stavropolda müxtəlif kurortlar və turizm mərkəzləri fəaliyyət göstərir və biz, azərbaycanlıları burada istirahət etməyə dəvət edirik”. O bildirib ki, Stavropol bütün Azərbaycan şirkətləri üçün açıqdır və buradakı iş adamlarını bu diyara sərmayə yatırmağa dəvət edirik.
Biznes forumun çərçivəsində Azərbaycan və Stavropol diyarı arasında Azərbaycan Ticarət və Sənaye Palatası və Stavropol Ticarət və Sənaye Palatası arasında, Azərbaycan Turizm Assosiasiyası və Stavropol “Kurortlar Birliyi” holdinqi, həmçinin Azərbaycan Həmkarlar İnttifaqları Konfederasiyası və Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının “Profkurort” Sanatoriya-Kurort Birliyi arasında 3 anlaşma memorandumu imzalanıb. Biznes forumun sonunda Azərbaycan və Stavropol diyarından olan iş adamları arasında ikitərəfli görüşlər keçirilib.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Azərbaycan səfiri Qətərin Gömrük Baş İdarəsinin sədri ilə görüşüb
16.06.2019
Qeyri-neft sektorunda məhsul istehsalı 15 faiz artıb
15.06.2019
Bakı-Şarm əl Şeyx-Bakı reysi açılıb
15.06.2019
Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün xidmət haqqı ödəniləcək
15.06.2019
Avrozonada vahid büdcə tətbiq olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info