Suriyada ermənilərin kütləvi şəkildə öldürülməsi xəbəri yalan çıxıb
Tarix: 03.04.2014 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Suriyada Kesab şəhərinin erməni əhalisinin kütləvi şəkildə öldürülməsi xəbəri yalan çıxıb.
APA-nın “Vesti Kavkaza” saytına istinadən verdiyi məlumata görə, şəhər meri Vazgen Çaparyan bəyan edib ki, Kesab ələ keçirilən zaman mülki əhali arasında ölüm halları qeydə alınmayıb.
O qeyd edib ki, şəhərdə heç vaxt hərbi obyektlər və özünümüdafiə batalyonları olmayıb.
V.Çaparyan 40 nəfərin itkin düşməsi haqda xəbərləri də təkzib edib. Onun sözlərinə görə, şəhərdə 38 nəfər yaşlı adam qalıb və onlar hazırda 700 ailənin köçdüyü Latakiya bölgəsinə təxliyyə olunur.
Beləliklə, bəzi KİV-lərin Suriyada bir şəhərin ələ keçirilməsi faktını “erməni soyqırımı” kimi təqdim etmək cəhdləri boşa çıxıb. Bu isə ermənilərin Türkiyəni cəzalandırmaq tələblərinin əssasız olduğunu üzə çıxarıb.
Qeyd edək ki, ötən həftə İrəvanda bəzi qurumların fəalları BMT nümayəndəliyinə məktub təqdim edib. Həmin məktubda Türkiyə ermənilərin kompakt yaşadığı Kesab şəhərinə hücumu təşkil etməkdə günahlandırılıb və onun cəzalandırılması istənilib.
Onu də bildiriək ki, “YouTube”də yayılmış videoçarxda yer alan kadrlarda Kesabın dinc sakinləri deyil, Suriya ordusunun əsir götürülmüş əsgərləri göstərilib. Video silahlılar Latakiyanı ələ keçirməzdən bir gün əvvəl çəkilib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info