“Bu addımla hakimiyyət ümumxalq üsyanını yumşaltmağa çalışır”
Tarix: 04.04.2014 | Saat: 14:20:00 | E-mail | Çapa göndər


Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi "Erməni Milli Konqresi" baş nazirin istefasına ölkədə hakimiyyət dəyişikliyi prosesinin birinci mərhələsi kimi baxır. Bu barədə "İnterfaks" xəbər yayıb.
EMK-nin parlament fraksiyasının rəhbəri Levon Zurabyan "Aylur" agentliyinə bildirib: "Hakimiyyət heç vaxt belə zəif olmayıb. Hakimiyyət dəyişikliyini həyata keçirmək üçün indiki kimi əlverişli məqam yoxdur. Hökumətin istefasını hakimiyyət dəyişikliyinin birinci mərhələsi hesab edirəm. Bu andan sonra biz ikinci mərhələyə, yəni prezident Serj Sarkisyanın istefaya vadar edilməsinə keçirik".
Ölkə parlamentinin 4 müxalifət fraksiyası - "Erməni Milli Konqresi", "Çiçəklənən Ermənistan", "İrs" və "Daşnaksutyun" EİF bir müddət əvvəl aprelin 28-də qanunverici orqanın iclasında hökumətə etimadsızlıq rəyi elan edəcəklərini və baş nazirin istefasını tələb edəcəklərini bəyan etmişdilər. Müxalifət fraksiyaları baş naziri iqtisadi siyasətin iflasa uğramasında günahlandırır, eləcə də hökumətin icbari yığım sığorta sisteminin tətbiqinə qarşı çıxırlar. Bu fraksiyalar aprelin 28-də bütün sutka boyu etiraz aksiyalarının keçirilməsini planlaşdırıblar.
Zurabyan bəyan edib: "Hökumətin istefası tələbi ilə mitinqlərin təşkili üzrə hazırlıq işləri tam sürətlə gedir. Hakimiyyət anlayır ki, insan axını onları məhv edəcək. Bu səbəbdən S.Sarkisyan baş naziri istefa ərizəsi yazmağa məcbur edib. Bu addımla hakimiyyət ümumxalq üsyanını yumşaltmağa və misli görünməmiş mitinqlərin keçirilməsinin qarşısını almağa çalışır".
O, həmçinin bəyan edib ki, müxalifətin gələcək fəaliyyət və tədbirlərinin yeganə hədəfi Ermənistan prezidentinin istefasına nail olmaq olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info