Hərbi qulluqçular üçün yeni binalar inşa edilir
Tarix: 04.04.2014 | Saat: 14:32:00 | E-mail | Çapa göndər


“Azərbaycanda hərbi qulluqçuların və onların ailə üzvlərinin, eləcə də xidməti vəzifələrinin icrası zamanı həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial-hüquqi müdafiəsi gücləndirilir”. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Vaqif Dərgahlı məlumat verib.
Onun sözlərinə görə, hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli Fərmanı icra olunur. Fərmana əsasən yaradılmış komissiya tərəfindən bu günə kimi hərbi qulluqçulara Bakı, Xırdalan və Naxçıvan şəhərlərində 300-ə yaxın daimi mənzil verilib.
Bundan əlavə, Bakı, Kürdəmir və Qusarda 500-dək hərbi qulluqçu və onların ailə üzvləri xidməti mənzillə təmin olunub.
V.Dərgahlı qeyd edib ki, hazırda hərbi qulluqçulara verilməsi üçün yeni binalar inşa edilir: "Bu işlər bu gün də davam etdirilir. Hazırda xeyli sayda yeni xidməti mənzillərin verilməsi üçün binalar inşa edilir. Hərbi qulluqçulara mənzillərin təqdim olunması məsələsinə gəlincə, onu da bildirmək vacibdir ki, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısının hazırlanması, tələb olunan mənzillərin sayının və bölgüsünü müəyyən edilməsi 28 dekabr 2011-ci il tarixli Fərmana əsasən yaradılmış komissiyanın səlahiyyətləri çərçivəsindədir və bu sənədin icrası ilə bağlı Maliyyə Nazirliyi maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin edir".
Polkovnik bildirib ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Onun sözlərinə görə, bu məsələlər Müdafiə Nazirliyinin daim diqqət mərkəzindədir və bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə iş davam etdirilir: "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun yeni layihəsi aidiyyəti üzrə dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir. Təklif edilən bu qanun layihəsində hərbi qulluqçuların və onların ailə üzvlərinin, eləcə də xidməti vəzifələrinin icrası zamanı həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin sosial-hüquqi müdafiəsi ilə əlaqədar müvafiq müddəalar yer alıb. Layihənin qəbulunu hərbi xidmətin nüfuzunun daha da yüksəldilməsi, cəmiyyətdə ordunun imicinin və hərbi vətənpərvərlik ruhunun artırılması istiqamətində atılan növbəti addım kimi dəyərləndirmək mümkündür".
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info