ADA-da Azərbaycan-Fransa universitetlərarası forumu keçirilir
Tarix: 04.04.2014 | Saat: 14:47:00 | E-mail | Çapa göndər


Bu gün ADA Universitetində Fransanın Azərbaycandakı səfirliyi və "Kampüs Frans" agentliyi ilə birgə İkinci Azərbaycan-Fransa Universitetlərarası Forumu öz işinə başlayıb. ADA-dan “Palitra”ya verilən məlumata görə, tədbir aprelin 5-də yekunlaşacaq.
Forumun açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev bildirib ki, forumda Fransanın 14 universitetinin və müxtəlif Azərbaycan universitetlərinin nümayəndələri iştirak edirlər.
Forumun əhəmiyyətindən danışan H.Paşayev deyib ki, ötən il baş tutan forumda olduğu kimi, ADA Universiteti ilə Fransa universiteti arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanacaq. Bu konfrans zamanı ADA Universiteti və Fransanın İESEG Menecment İnstitutu arasında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.
Azərbaycanın təhsil sisteminin inkişaf etdiyini nəzərə çatdıran rektorun sözlərinə görə, ölkənin ali məktəblərinin xarici dövlətlərin nüfuzlu universitetləri ilə əməkdaşlığı, beynəlxalq təcrübənin öyrənilməsi çox əhəmiyyətlidir. H.Paşayev ADA Universitetinin bir çox ölkələrin universitetləri ilə əməkdaşlıq etdiyini, bu əməkdaşlığın getdikcə genişləndiyini də söyləyib.
Azərbaycanın təhsil nazirinin müavini Ceyhun Bayramov deyib ki, iqtisadiyyatın güclü inkişafı üçün təhsilin rolu mühümdür. Çünki yalnız yüksək keyfiyyətli təhsil almış gənc ölkədə mühüm islahatların həyata keçirilməsinə töhfə verə bilər. Azərbaycanın təhsil sahəsindəki bəzi uğurlarını qeyd edən C.Bayramovun sözlərinə görə, bu Forum iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Nazir müavini qeyd edib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqamı" çərçivəsində indiyədək 2612 gənc təhsil almaq üçün xarici ölkələrə göndərilib. Proqramın məzunu olan gənclər özəl və dövlət sektorlarında uğurla fəaliyyət göstərirlər.
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye qeyd edib ki, xarici dil bilmək və öyrənmək gənclərin ən böyük imkanlarıdır. Səfir deyib ki, bu gün Azərbaycan məhz xarici dil bilən şəxslərin sayəsində ölkədən kənarda da tanınır.
Azərbaycan gənclərinin Fransada təhsil aldığını xatırladan səfir ən yaxşı tələbələrin bundan sonra da Fransa universitetlərində təhsil almaları üçün imkan yaradılacağını vurğulayıb.


Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info