BANM ABŞ şirkəti ilə “Əməkdaşlıq haqqında Razılaşma“ imzalayıb
Tarix: 04.04.2014 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) ABŞ-nın "Halliburton" şirkəti ilə "Əməkdaşlıq haqqında Razılaşma"nın imzalanması mərasimi keçirilib. BANM-dən verilən məlumata görə, mərasimi açan rektor Elmar Qasımov BANM-in yaranma tarixi, 2-illik fəaliyyəti ərzində əldə etdiyi uğurlar haqqında məlumat verib, Prezident İlham Əliyevin yüksəkixtisaslı mühəndis kadrların ölkənin ali təhsil müəssisələrində hazırlanmasına xüsusi önəm verdiyini və bu məqsədə çatmaq üçün tədris prosesində ölkədə fəaliyyət göstərən transmilli şirkətlərlə əməkdaşlığın BANM-in fəaliyyətinin prioritetlərindən olduğunu vurğulayıb.
"Halliburton" şirkətinin Qərbi Xəzər regionu üzrə direktoru Rəndi Gilçrist Azərbaycanda Bakı Ali Neft Məktəbi kimi müasir ali təhsil müəssisələrinin yaradılmasını yüksək qiymətləndirib, rəhbərlik etdiyi şirkətin ingilis dilində müasir proqramlar və texnologiyalar əsasında təhsil almış mütəxəssislərə böyük ehtiyacı olduğunu bildirmiş və imzalanacaq Razılaşma çərçivəsindəki tədbirlərin mütəxəssis hazırlığının keyfiyyətinə müsbət təsir göstərəcəyinə əmin olduğunu vurğulayıb.
Daha sonra rektor Elmar Qasımov və Rend Gilçrist iki tərəf arasında "Əməkdaşlıq haqqında Razılaşma"nı imzalayıb.
İmzalanmış sənəddə BANM-in kitabxana-informasiya resurslarının zənginləşdirilməsi, şirkətin mütəxəssisləri tərəfindən tələbələrə mühazirələrin oxunması, tələbələrin şirkətdə istehsalat təcrübəsinin təşkili, BANM-in şəhərciyində müasir tədris laboratoriyalarının yaradılması, şirkətin mütəxəssislərinin müəllim kimi tədrisə cəlb olunması, tədris prosesinin proqram təminatı ilə təchiz edilməsi, istedadlı tələbələrə təqaüdlərin və mükafatların verilməsi, onlar üçün kursların təşkili və karyera imkanlarının yaradılması üzrə birgə tədbirləri həyata keçirmək nəzərdə tutulub.
Mərasimin sonunda Rəndi Gilçristə Bakı Ali Neft Məktəbinin "Fəxri qonaq" diplomu təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info