“Azərbaycana səfərimizlə qardaşlığa verdiyimiz önəmi bütün dünyaya bir daha göstərmiş olacağıq”
Tarix: 04.04.2014 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


“Millətimiz seçkidə bizə yenidən etimad göstərdi. Bu, xarici siyasətimizə də bir dəstəkdir. Təkcə bizim partiyamız yox, bütün bölgə qazanıb, sülh qazanıb. Qardaş Azərbaycana səfərimizlə dostluq və qardaşlığa verdiyimiz önəmi bütün dünyaya bir daha göstərmiş olacağıq”. Məlumata görə, bu sözləri Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.
R. T. Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərini, regional və beynəlxalq məsələləri müzakirə edəcəklərini söyləyib: “Türkiyə-Azərbaycan münasibətləri müstəsna və örnək alınacaq bir keyfiyyət qazanıb. Mükəmməl strateji əməkdaşlığımızla bərabər Cənubi Qafqazda uğurlu layihələrə də imza atırıq. Gürcüstanın da iştirakı ilə reallaşdırılan Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars qlobal layihələrdir. Azərbaycan qazını Türkiyəyə və Avropaya daşıyacaq TANAP layihəsini həyata keçirmək və Bakı-Tiflis-Qars layihəsinin tez bir zamanda tamamlanması üçün işlər davam edir”.
Türkiyənin Baş naziri Cənubi Qafqazda baş verən prosesləri yaxından izlədiklərini vurğulayıb: “Bölgədə sülhün əldə olunmasına fəal dəstək veririk. Hörmətli Əliyevlə görüşümüzdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli ilə bağlı fikir mübadiləsi aparacağıq. Xalqlarımız arasında tarixi yaxınlıqdan qaynaqlanan münasibətlər daha da gücləndiriləcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info