Qərib Məmmədov Bərdədə regional qəbul keçirib
Tarix: 04.04.2014 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin(DTXK) sədri Qərib Məmmədov Bərdə şəhərində yerləşən Mədəniyyət Evində Bərdə şəhərinin sakinləri ilə yanaşı Yevlax, Ağcabədi, Xocalı, Laçın, Tərtər, Goranboy, Ağdam rayonlarının və Mingəçevir şəhərinin 60-a yaxın vətəndaşlarını qəbul edərək onların şikayət və təkliflərini dinləyib.
DTXK mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə, qəbul zamanı vətəndaşların bəzisi Rusiya və digər xarici ölkələrin ərazisində müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, mülkiyyətçilər arasında sərhəd mübahisəsi, bir qismi torpaq islahatı ilə bağlı müvafiq sənədlər işlənib tərtib edilərkən adlarında, soyadlarında və s. müəyyən texniki qüsurlara yol verildiyi barədə müraciətlər ediblər.
Bununla belə, Tərtər rayonunun döyüş bölgəsinə yaxın ərazisində yerləşən Qapanlı və Qaradağlı kəndlərinin əhalisi onların müdafiəsi və əkin sahələrinin mühafizəsi məqsədilə təmas xəttində daş sədd çəkildiyini nəzərə alaraq pay torpaqlarının və hüquq müəyyənedici sənədlərin verilməsini xahiş ediblər.
Müraciətlərdə qaldırılan məsələlərin həlli bilavasitə komitəyə aid olduğu hallarda, mütəxəssislər vasitəsilə yerlərdə qəbul günü yer quruluşu ölçmə işləri aparılaraq torpaq sahələri həmin vətəndaşlara təkrarən tanıdılıb. Qaldırılan məsələlər müvafiq orqanların iştirakı ilə zəruri araşdırma tələb etdiyi hallarla bağlı isə vətəndaşların müraciətləri komitənin kargüzarlığında nəzarətə götürülərək qeydiyyata alınıb və komitənin müvafiq məktubları ilə aidiyyətı qurumlara ünvanlanıb. Bu barədə öz səlahiyyətlərinə aid işlərin qısa müddətdə icrası məqsədi ilə komitənin aidiyyəti rayon və şəhər şöbələrinə də rəsmi qaydada tapşırıqlar verilib.
Qeyd edək ki, KİV-də əvvəlcədən qəbulla bağlı elan verilib və komitənin region üzrə bütün strukturlarının və rayon (şəhər) şöbələrinin yerləşdiyi inzibati binaların qarşısında müvafiq elanlar yerləşdirilib.
Qeyd etmək lazımdır ki, qəbul zamanı bələdiyyə torpaqları ilə bağlı qəbul olunmuş yeni qanunvericilik aktları barədə bələdiyyə sədrlərinə və komitənin yerli struktur vahidlərinin əməkdaşlarına geniş şəkildə izahatlar verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info