Erməni ailələri Avropadan deportasiya olunurlar
Tarix: 04.04.2014 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Ermənistan iqtisadiyyatının getdikcə tənəzzülə uğraması, işsizlik, məmur özbaşınalığı, korrupsiya hallarının tüğyan etməsi insanların doğma vətənlərini tərk edib xarici ölkələrə üz tutmalarına səbəb olub. Miqrasiya edən erməni ailələrinin bir çoxu müxtəlif yollarla Avropanın bir sıra ölkələrində, o cümlədən Fransada və Belçikada məskunlaşıblar. Ölkəyə qeyri-leqal daxil olan erməni ailələri qanunları pozduqlarına və heç bir yerdə qeydiyyatda durmadıqlarına görə deportasiyaya məruz qalırlar.
2010-cu ildə Fransaya gələn Petrosyan və İşxanyan ailələri heç bir əsas olmadan ölkəyə daxil olduqları üçün hər iki ailənin ölkədən deportasiya olunması qərara alınıb. Fransanın hüquq orqanları onların sığınacaq istəyinə rədd cavabı vermişdi.
Güclü erməni lobbisinin yalanlarına uyan bəzi yerli mətbu orqanlar deportasiya edilən erməni ailələri ilə bağlı demokratiyanın məskəni sayılan bir ölkədə insan hüquqlarının pozulması kimi mənasız hay-küy salsalar da, bu cəhdin heç bir nəticəsi olmamışdı.
Belçikanın Namourois şəhərində məskunlaşmış Girik Vadigaryan ailəsinin deportasiya olunması ilə bağlı da qərar çıxarılıb. Belçikadakı ali məktəblərin birində təhsil alan ailənin böyük qızı yerli jurnalistlərə verdiyi müsahibəsində atasının 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərində yol verilən saxtakarlığa qarşı mart ayının 1 və 2-də Yerevanda keçirilmiş etiraz nümayişində iştirak etdiyinə görə yerli polis tərəfindən təqib edildiyi üçün həmin il Ermənistanı tərk edib Belçikaya pənah gətirdiklərini iddia etmiş, əgər onları zorla Ermənistana qaytarsalar, ailənin təhlükəsizliyinin təmin edilməyəcəyi və atasının dərhal həbs olunacağı haqda bir o qədər də inandırıcı olmayan bəhanəyə əl atmış və bununla jurnalistləri dolayısı yolla onların müdafiəyə etməyə çağırmışdı.
Sual olunur: polis tərəfindən izlənən ailə sərhəddən sərbəst keçərək Avropaya necə üz tutub?
Avropa ölkələrinə üz tutan bəzi erməni ailələri haradansa əldə etdikləri saxta pasportlar hesabına Azərbaycanda doğulduqlarını və münaqişəyə görə bu ölkəni tərk edərək Avropaya gəldikləri barədə yalana əl atırlar.
Avropalı qanun keşikçilərini isə bu yalanla inandırmaq qeyri-mümkündür. Yerli polis çox vaxt onlara haqlı sualla müraciət edir: “Bəs nə üçün onlar doğma vətən hesab etdikləri Ermənistana deyil, Avropaya təşrif gətirmişlər?”
Əlbəttə, bu sual qarşısında onlar aciz qalır və məskunlaşdıqları ölkəni tezliklə tərk etmələri barədə xüsusi göstəriş alırlar.
AzərTAc




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info