“Əlillərin hüquqları haqqında” məruzəmiz BMT-də müsbət qiymətləndirilib
Tarix: 04.04.2014 | Saat: 17:39:00 | E-mail | Çapa göndər


Cenevrədə (İsveçrə) BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində görülən işlərə dair Azərbaycan Respublikasının ilk məruzəsi ətrafında müzakirələr aparılıb. Qeyd edək ki, sessiyanın ilk günü Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, nümayəndə heyətinin rəhbəri Səlim Müslümov ötən müddətdə ölkədə əlillərlə bağlı aparılan siyasətin bu Konvensiyaya uyğunlaşdırılması istiqamətində görülən işlər barədə geniş məruzə ilə çıxış edib.Məruzə ətrafında müzakirələr zamanı BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinin sədri xanım María Sisternas “Əlillərin hüquqları haqqında” Konvensiyanın müddəalarının icrası sahəsində Azərbaycanda görülən işlərə dair təqdim olunan məruzənin əhatəli olduğunu, qeyd olunan tədbirlərin Konvensiya üzrə nəzərdə tutulan müddəaları əks etdirdiyini vurğulayıb.
Azərbaycan üzrə məruzəçi Martin Mvesiqvan ölkəmizin bu ilk məruzəsinin dolğun məzmuna malik olduğunu və məruzə ətrafında maraqlı müzakirələrin aparıldığını, ölkəmizdə əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətə inteqrasiyası sahəsində görülən işlərin təqdirəlayiq olduğunu bildirib.
Daha sonra Konvensiyanın müddəaları üzrə ölkəmizdə görülən işlərə dair suallar cavablandırılıb. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov səslənən sualların əlilliyi olan şəxslərlə bağlı əsasən hüquqi məsələləri əhatə etdiyini bildirib və ölkəmizdə bu məsələlərin həlli ilə bağlı aparılan işləri diqqətə çatdırıb.
Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Musayev, səhiyyə nazirinin müavini Elsevər Ağayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov iştirakçıları maraqlandıran sualları ətraflı cavablandırıblar.
Digər çıxış edənlər Azərbaycanda əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğını vurğulayıblar. Səmərəli və işgüzar şəraitdə aparılan müzakirələrin sonunda nazir S.Müslümov, M. Mvesiqvan və M.Sisternas yekun nitqi ilə çıxış ediblər.


İlkin







 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info