Dünya alimləri Bakıda toplaşacaq
Tarix: 04.04.2014 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


26 may 2014-cü il tarixindən etibarən Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO, Gənc tədqiqatçıların Avropa Şurası “Eurodoc” və Azərbaycan gənc alim, aspirant və magistrlər cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakı şəhərində “Bakı Dünya Alimlər Forumu” (Baku World Science Forum) keçiriləcək.
31 may tarixinədək davam edəcək forumun əsas məqsədi dünya gənc alimlərini bir araya gətirərək müxtəlif elmlərin nümayəndələri arasında iş birliyinin yaradılması, mövcud gənc alimlər şəbəkələrinin inkişafına dəstək verilməsidir. Foruma 100 ölkədən, 200 nəfər yerli iştirakçı da daxil olmaqla 500 nəfərdən artıq iştirakçının qatılacağı gözlənilir. Forumun əsas mövzusu kimi “Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları” elan edilmişdir. Forum çərçivəsində 5 istiqamət üzrə sessiyalar keçiriləcək: Texniki sahələr - “Texniki elmlər müasir innovasiya sistemlərinin əsası kimi”, Səhiyyə,biologiya və kimya - “Yeni texnologiyaların yaradılması əsasında təbii proseslər”, Ekologiya, torpaq elmləri və kənd təsərrüfatı - “Torpaq, kənd təsərrüfatı və ətraf mühitin öyrənilməsində fənnlərarası yanaşma”, İqtisadiyyat və sosiologiya - “İqtisadiyyat və sosiologiya qlobal inkişafın uğurlu birləşməsi kimi”, Tarix, fəlsəfə,mədəniyyət - “Müasir dünyada sosial və humanitar elmlərin problemləri”, “Bakı Dünya Alimlər Forumu”nda dünya şöhrətli alim və müxtəlif beynəlxalq mükafatları laureatlarının çıxışı gözlənilir. Forumda gənc alim və tədqiqatçılar iştirak edə bilərlər. Qeyd edək ki, forumun işçi dil iniglis dili olacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info